AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

05.04.2019

Qeydiyyat nömrəsi

1905000016

Adı

İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydasının və formasının təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.04.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

060.020.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201904050016

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.04.2019

 

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. “İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydası” təsdiq edilsin.

2. “İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi forması” təsdiq edilsin.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Hüquq şöbəsinə (G. İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın surətinin çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.

5. Qərarın icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il 19 fevral tarixli 19020011499 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.

 

 

Kollegiyanın sədri                                                                              Sahil Babayev

 

 


 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 5 aprel 2019-cu il tarixli 1905000016 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 14.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və işaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən (bundan sonra – hüquqi şəxslər) iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların (bundan sonra – məlumatların) təqdim edilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla müəyyənləşdirilmiş mənaları ifadə edir.

 

2. İş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydası

 

2.1. Qanunun 14.5-ci maddəsinə uyğun olaraq, hüquqi şəxslər işaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatlarına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) ilə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin edirlər.

2.2. Qarşılıqlı məlumat mübadiləsi zamanı hüquqi şəxs tərəfindən məlumatların real vaxt rejimində Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Məşğulluq Alt Sisteminə (bundan sonra - MAS) ötürülməsi həyata keçirilir.

2.3. Bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, hüquqi şəxslər tərəfindən MAS-a iş üçün müraciət edən şəxslərə dair fərdi məlumatlar, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə məlumatlar və məşğulluq tarixçəsinə dair məlumatlar ötürülür.

2.4. Hüquqi şəxslər məlumatları hər ay üzrə növbəti ayın 5-dən gec olmayaraq MAS-a ötürürlər.

 

 


 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 5 aprel 2019-cu il tarixli 1905000016 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

 

 

İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi forması

 

 

 

 

Məlumatı təqdim edən

hüquqi şəxsin adı:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Məlumatın əhatə etdiyi

dövr:

 

Məlumatın verildiyi tarix:

 

 

 

 

 

 

İş üçün müraciət edənlərin sayı:

 

Fərdi identifikasiya nömrəsi üzrə:

 

 

 

 

İş üçün müraciət edələrin

təhsili və peşəsi (ixtisası)

barədə məlumatlar:

 

Fərdi identifikasiya nömrəsi üzrə:

 

 

 

 

İş üçün müraciət edənlərin məşğulluq tarixçəsinə dair məlumatlar:

 

Fərdi identifikasiya nömrəsi üzrə:

 

 

 

 

 

 

 

İşlə təmin olunanların sayı:

 

Fərdi identifikasiya nömrəsi üzrə:

 

 

 

 

 

 

Xarici ölkələrdə işə düzələnlərin sayı:

 

Fərdi identifikasiya nömrəsi üzrə: