AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ARXİV İDARƏSİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

06.11.2018

Qeydiyyat nömrəsi

9

Adı

“Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 2016-cı il 12 aprel tarixli 3/1 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

17.11.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.010; 100.070.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201811060009

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

16.11.2018

 

 

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 15-ci hissəsini rəhbər tutaraq

 

KOLLEGİYA QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 2016-cı il 12 aprel tarixli 3/1 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1 464-cü bəndin 2-ci sütununun “a” sətrindən “, texniki-peşə məktəbləri şagirdlərinin” sözləri çıxarılsın;

1.2. 528-ci bəndin 2-ci sütununda “və orta ixtisas təhsili müəssisələrinin, tam orta və peşə təhsili məktəblərinin” sözləri “, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;

1.3. 531-ci və 534-cü bəndlərin 2-ci sütunlarında “tam orta və peşə təhsili məktəblərinin” sözləri “peşə və ümumi təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin.

2. İdarənin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsi bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını 3 gün ərzində təmin etsin.

 

 

İdarənin rəisi                                                                                         Əsgər Rəsulov