AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

05.11.2018

Qeydiyyat nömrəsi

22/2

Adı

Azərbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə 2012ci il 10 iyul tarixli 16/3 nömrəli, “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 18 aprel tarixli 8 nömrəli və “Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya Qaydaları”nın təsdiq edilməsi barədə” 2015-ci il 23 oktyabr tarixli 39 nömrəli Qərarlarında dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

17.11.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201811050222

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

16.11.2018

 

 

“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanının 8-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

QƏRARA ALIR:

 

1. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2012‑ci il 10 iyul tarixli 16/3 nömrəli Qәrarı ilә təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 5.12-ci bəndində “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri “maliyyə monitorinqi orqanına” sözləri ilə əvəz edilsin.

2. “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”nın təsdiq edilməsi barədə” Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2012-ci il 18 aprel tarixli 8 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.

3. “Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya Qaydaları”nın təsdiq edilməsi barədə” Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2015-ci il 23 oktyabr tarixli 39 nömrəli Qәrarı ləğv edilsin.

4. Bu Qərarın 2 və 3-cü hissələri Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulmuş hallarda qəbul etdiyi eyni münasibətləri tənzimləyən normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən (həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulduğu halda isə həmin tarixdən) qüvvəyə minir.

5. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

 

Mərkəzi Bankın sədri                                                                         Elman Rüstəmov