AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

26.04.2018

Qeydiyyat nömrəsi

10/3

Adı

“Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

09.05.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.090.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201804260103

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

08.05.2018

 

 

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanının 6-cı hissəsinin icrası məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

Q Ə R A R A  A L I R:

 

1. “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Mərkəzi Bankın sədri                                                                             Elman Rüstəmov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 10/3

“26” aprel 2018-ci il

 

 

“Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2013-cü il 18 dekabr tarixli 25/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.2-ci və 3.4.2-ci yarımbəndlərdə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;

2. 3.4.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.4.3. Regionlar üzrə sahibkarlıq subyektlərinə verilmiş kreditlər və onlar üzrə faiz dərəcələri (Forma BS-3.3) forması dövrün sonuna qalıqlar üzrə və hesabat dövrü ərzində hissələrindən ibarətdir. Bu hesabat forması Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri, statistik vahidlərin daxili resursları və digər maliyyə təşkilatlarının resursları hesabına mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə (sahibkarlıq subyektlərinin bölgüsü meyarları “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilir) verilmiş kreditlərin (o cümlədən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə verilmiş kreditlər) məbləği və orta faiz dərəcələrinin Azərbaycan Respublikasının şəhər və rayonları üzrə coğrafi təsnifatını əks etdirir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə verilmiş kreditlərin (ipoteka kreditləri istisna olmaqla) məbləği göstəricilərində yalnız zəmanətlə təmin edilmiş hissəsi əks olunmalıdır”;

3. 4.2-ci bənddə “icra orqanının rəhbəri və baş mühasibin” sözləri “icra orqanının rəhbəri, üzvü və ya baş mühasibin” sözləri ilə əvəz edilsin;

4. Təlimata 3 nömrəli əlavədə “Regionlar üzrə ipoteka kreditləri və onlar üzrə faiz dərəcələri” forması (Forma BS-3.2) və “Regionlar üzrə sahibkarlıq subyektlərinə verilmiş kreditlər və onlar üzrə faiz dərəcələri” forması (Forma BS-3.3) yeni redaksiyada verilsin (əlavə olunur).