AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGIYASI QƏRARI

Qəbul edildiyi tarix

12.02.2018

Qeydiyyat nömrəsi

180108500003

Adı

AZT 051-2018 “Yüksək texnologiyalar məhsullarının təsnifatı”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

24.02.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

100.030.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201802120003

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

23.02.2018

 

 

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 6 maddəsinin 9-cu hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramının” 5.2.4 – cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış AZT 051-2018 “Yüksək texnologiyalar məhsullarının təsnifatı”nın təsdiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq

 

qərara alır:

 

1. AZT 051-2018 “Yüksək texnologiyalar məhsullarının təsnifatı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (E.Cəbrayılov) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinə (N.Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş AZT 051-2018 “Yüksək texnologiyalar məhsullarının təsnifatı”nın qeydiyyata alınmasını, texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.

4. Ümumi şöbəyə (X.Həsənova) tapşırılsın ki, bu qərarın surətinin “Yüksək texnologiyalar məhsullarının təsnifatı”nı işləyib hazırlayan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərilməsini təmin etsin və Komitənin aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikası

Standartlaşdırma, Metrologiya və Patent üzrə

Dövlət Komitəsinin sədri

Ramiz Həsənov

 


 

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 12 fevral 2018-ci il tarixli 180108500003 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

 

 

 

Azərbaycan RespublİkasıNIN Dövlət Standartı

 

 

 

 

 

 

YÜKSƏK TEXNOLOGİYALAR MƏHSULLARININ

 

 

Təsnİfatı

 

AZT 051-2018

 

 

 

 

 

RƏSMİ NƏŞR

 

 

 

 

 

 

 

BAKI – 2018

 

 

GİRİŞ

 

Yüksək texnologiyalar məhsullarının təsnifatı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın 5-ci bölməsinin 5.2-ci (“Yüksək texnologiyalar sektorunun inkişafı”) bəndinin 5.2.4-cü (“Elmtutumlu və yüksək texnoloji məhsulların yeni milli təsnifatının hazırlanması və tətbiqi üçün tədbirlərin görülməsi”) yarımbəndinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri tərəfindən işlənib hazırlanmışdır.

Elmtutumlu və yüksək texnoloji məhsullarla bağlı təsnifatlara dair beynəlxalq təcrübələrin araşdırılması nəticəsində sözügedən təsnifat Beynəlxalq Standart Ticarət Təsnifatının (“Standard International Trade Classification” - SİTC Rev.4) əsasında hazırlanmış, Avropa İttifaqının Statistika Bürosunun CPA2008 (“Statistical classification of products by activity”) təsnifatı və 01 sentyabr 2009-cu il tarixdən ölkəmizdə tətbiq edilən Məhsul Növləri Təsnifatının (MNT) III versiyası ilə uzlaşdırılmışdır.

Bu təsnifat yüksək texnologiyalar sahəsində təqdim edilən və tələb olunan məhsulları təsvir etmək üçün nəzərdə tutulmuşdur.

Yüksək texnologiyalar məhsullarının təsnifatı əsasən statistika məqsədləri üçün hazırlanmışdır və ondan bütün dövlət qurumları, özəl təşkilatlar, elmi-tədqiqat və digər maraqlı müəssisələr istifadə edə bilər. Bu təsnifat yüksək texnologiyalar məhsullarının istehsalı, idxalı və ixracına dair statistik məlumatların əldə edilməsində, qruplaşdırılmasında və təhlilində faydalı vəsait olacaqdır.

 


Beynəlxalq Standart Ticarət Təsnifatı (SITC Rev.4) əsasında yüksək texnologiyalar məhsullarının qruplar üzrə bölgüsü

 

Yüksək texnologiyalar üzrə

 

Qruplar

Kodlar

Adlar

Kosmik avadanlıqlar

(714-714.89-714.99)+

 

792.1+

792.2+792.3+792.4+

 

 

792.5+

 

792.91+

792.93+

874.11

714.89 və 714.99 istisna olmaqla uçuş aparatlarının mühərrikləri

Vertolyotlar

Mexaniki motorlu uçuş aparatları və s. uçuş aparatları (vertolyotlardan başqa)

Kosmik aparatlar, o cümlədən peyklər və daşıyıcı raketlər

Vintlər, rotorlar və onların hissələri

Şassilər və onların hissələri

İstiqaməti müəyyənləşdirmək üçün kompaslar, sair naviqasiya cihazları və alətləri

Ofis avadanlıqları və kompüterlər

751.94+

 

 

751.95+

 

 

752+

759.97

Kompüterə və ya şəbəkəyə qoşulma imkanı olan çoxfunksiyalı ofis avadanlıqları

Kompüterə və ya şəbəkəyə qoşulma imkanı olan digər qurğular

Kompüterlər

752-ci qrupa aid edilən kompüterlər üçün hissə və ləvazimatlar

Elektronika – telekommunikasiya

763.31+

 

 

763.8+

(764-764.93-764.99)+

 

772.2+

772.61+

 

773.18+

776.25+

776.27+

776.3+

776.4+

776.8+

898.44+

898.46

Dəmir pul, banknot, jetonla və ya digər ödəniş vasitələri ilə işə salınan səs aparatları

Videokameralar

764.93 və 764.99 istisna olmaqla telekommunikasiya avadanlıqları

Quraşdırılmış çap sxemləri

Gərginliyi 1000 V-dan çox olmayan elektrik bloklar, panellər

Optik lifli kabellər

Mikrodalğalı borular

Digər elektron lampalar və borular

Yarımkeçirici cihazlar

Elektron inteqral sxemləri

Pyezoelektrik kristallar

Optik daşıyıcılar

Yarımkeçirici daşıyıcılar

Əczaçılıq

541.3+

541.5+

541.6+

 

542.1+

 

542.2

Antibiotiklər

Hormonlar və onların törəmələri

Qlikozidlər, vəzlər, antizərdablar, vaksinlər

Tərkibində antibiotiklər olan dərmanlar və ya onların törəmələri

Tərkibində hormonlar olan və ya 541.5-ci altqrupa daxil edilən digər dərmanlar

Elmi alətlər

774+

 

 

 

871+

872.11+

 

(874-874.11-874.2)+

 

881.11+

881.21+

884.11+

884.19+

 

(899.6-899.65-899.69)

Tibdə və ya cərrahiyyədə istifadə üçün nəzərdə tutulan elektrodiaqnostik aparatlar və radioloji aparatlar

Optik alətlər və aparatlar

Stomatoloji avadanlıqlara dair bormaşınlar üçün motorlar

874.11 və 874.2 istisna olmaqla ölçmə alətləri və aparatları

Fotokameralar

Kinokameralar

Kontakt linzaları

773.1-ci altqrupa daxil olanlardan başqa optik liflər

899.65 və 899.69 istisna olmaqla ortopedik cihazlar

Elektrik avadanlıqları

(778.6-778.61-778.66-778.69)+

 

 

778.7+

778.84

778.61, 778.66 və 778.69 istisna olmaqla sabit, dəyişən və ya tənzimlənən həcmli elektrik kondensatorları

Fərdi funksiyalı elektrik cihazları

Elektrik səs və ya vizual siqnalizasiya qurğuları

Kimya məhsulları

522.22+

522.23+

522.29+

522.69+

525+

531+

 

574.33+

591

Selen, tellur, fosfor, arsen və bor

Silisium

Kalsium, stronsium və barium

Digər qeyri-üzvi əsaslar

Radioaktiv elementlər

Sintetik üzvi boyaq maddələri və boyaq lakları

Polietilen tereftalat

İnsektisidlər, dezinfeksiyaedici vasitələr

Sair avadanlıqlar

714.89+

714.99+

718.7+

 

728.47+

 

731.1+

 

 

731.31+

 

731.35+

 

731.42+

 

731.44+

 

731.51+

 

731.53+

 

731.61+

 

731.63+

 

731.65+

 

733.12+

 

 

733.14+

 

733.16+

 

735.9+

 

737.33+

 

 

737.35

Digər qaz turbinləri

Qaz turbinlərinin hissələri

Nüvə reaktorları, onların hissələri, yanacaq elementləri və s.

İzotopların bölünməsi üçün cihazlar və aparatlar

Lazer və ya digər işıq yaxud foton şüalanması proseslərindən istifadə olunmaqla dəzgahlar

Rəqəmli proqram idarəsi ilə üfüqi metalkəsən xarrat dəzgahları

Digər rəqəmli proqram idarəsi ilə metalkəsən xarrat dəzgahları

Digər rəqəmli proqram idarəsi ilə dəlikaçan dəzgahlar

Digər rəqəmli proqram idarəsi ilə oyma frezer dəzgahları

Rəqəmli proqram idarəsi ilə konsol-frezer dəzgahları

Digər rəqəmli proqram idarəsi ilə frezer dəzgahları

Rəqəmli proqram idarəsi ilə müstəvi pardaqlama dəzgahları

Digər rəqəmli proqram idarəsi ilə pardaqlama dəzgahları

Rəqəmli proqram idarəsi ilə itiləmə dəzgahları

Rəqəmli proqram idarəsi ilə, əymə, qatlama, düzləndirmə və ya presləmə üçün dəzgahlar

Rəqəmli proqram idarəsi ilə kəsmə dəzgahları

Rəqəmli proqram idarəsi ilə, ştamplama dəzgahları

731 və 733-cü qruplara daxil edilən dəzgahların hissələri

Metalları elektriklə qaynaq etmək üçün avtomatik və ya yarımavtomatik maşın və aparatlar

Metalların qövs qaynağı üçün avtomatik və ya yarımavtomatik maşın və aparatlar

Hərbi avadanlıqlar

891

Silah və döyüş sursatları

 


Beynəlxalq Standart Ticarət Təsnifatı (SITC rev. 4) üzrə yüksək texnologiyalar məhsullarının siyahısı

 

Kodlar

Adı

CPA[1]

MNT[2]

522.22

Selen, bor, tellur, fosfor və arsen

20.13.21

20.13.21.40

20.13.21.60

20.13.21.70

20.13.21.90

522.23

Silisium

20.13.21

20.13.21.50

522.29

Kalsium, stronsium və barium; qarışıqlar və ya ərintilər şəklində nadir torpaq metalları, skandium, ittrium, qələvi və qələvi-torpaq metalları

20.13.23

20.13.23.20

20.13.23.30

20.13.23.50

20.13.23.70

522.69

Digər qeyri-üzvi əsaslar; sair metalların oksidləri, hidroksidləri və peroksidləri

20.12.19

20.12.19.10

20.12.19.30

20.12.19.50

20.12.19.60

20.12.19.90

525.11

Təbii uran və onun birləşmələri; ərintiləri, dispersiyaları (kermet daxil olmaqla), təbii uran və onun birləşmələrindən keramik məhsullar və qarışıqlar

24.46.10

24.46.10.00

525.13

U-235-lə zənginləşdirilmiş uran və onun birləşmələri; plutonium və onun birləşmələri; tərkibində uran-235-lə zənginləşdirilmiş uran, plutonium və ya bu maddələrin birləşmələri olan ərintilər, dispersiyalar (metalokeramika daxil olmaqla), keramik məhsullar və qarışıqları

20.13.11

20.13.11.00

525.15

U-235-lə zənginləşdirilməmiş uran və onun birləşmələri; torium və onun birləşmələri; tərkibində uran-235-lə zənginləşdirilməmiş uran, torium və ya bu maddələrin birləşmələri olan ərintilər, dispersiyalar (metalokeramika daxil olmaqla), keramik məhsullar və qarışıqları

20.13.12

20.13.12.00

 


 

Kodlar

Adı

CPA

MNT

525.17

Nüvə reaktorlarının istifadə edilmiş yanacaq elementləri

38.12.21

38.12.21.00

525.19

Digər qruplara daxil edilməyən radioaktiv elementlər, izotoplar və onların birləşmələri; radioaktiv elementlər, izotoplar və onların birləşmələri olan ərintilər, dispersiyalar (metalokeramika daxil olmaqla), keramika məhsulları və qarışıqları

20.13.13

20.13.13.00

525.91

İzotoplar (521.1 altqrupuna daxil edilənlərdən başqa); müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli qeyri-üzvi və üzvi izotop birləşmələr

20.13.61

20.13.61.00

525.95

Nadir torpaq metalların, ittriumun və skandiumun və bu metalların qarışıqlarının qeyri-üzvi və üzvi birləşmələri

20.13.65

20.13.65.00

531.11

Dispers boyaq maddələri və onların əsasında qatışıqlar

20.12.21

20.12.21.10

531.12

Metallaşdırılmış və ya metallaşdırılmamış turşu boyaq maddələri və əsasında qatışıqlar; rəngab boyayıcılar və onların əsasında qatışıqlar

20.12.21

20.12.21.20

531.13

Əsaslı boyaq maddələri və onların əsasında qatışıqlar

20.12.21

20.12.21.30

531.14

Substantiv boyaq maddələri və onların əsasında qatışıqlar

20.12.21

20.12.21.40

531.15

Kub boyaları (o cümlədən piqmentlər kimi istifadə olunanlar daxil olmaqla) və onların əsasında hazırlanan qatışıqlar

20.12.21

 

531.16

Kimyəvi aktiv boyalar və onların əsasında hazırlanan qatışıqlar

20.12.21

 

531.17

Piqmentlər və onların əsasında hazırlanan qatışıqlar

20.12.21

 

531.19

Digər sintetik üzvi boyaq maddələri (531.1 altqrupun iki və daha çox mal mövqelərinə aid edilən boyayıcı maddələrin qarışıqları)

20.12.21

 

531.21

Ağardıcı (fluoressensiyalı işıqlandırıcı) kimi istifadə edilən sintetik üzvi maddələr

20.12.21

20.12.21.60

531.22

Boyaq lakları və onlar əsasında qatışıqlar

20.12.21

20.12.21.70

541.31

Penisilinlər və onların penisilin turşusu quruluşu olan törəmələri;

bu birləşmələrin duzları

21.10.54

21.10.54.00

541.32

Streptomisinlər və onların törəmələri; bu birləşmələrin duzları

21.10.54

21.10.54.00

541.33

Tetrasiklinlər və onların törəmələri; bu birləşmələrin duzları

21.10.54

21.10.54.00

541.39

Digər antibiotiklər

21.10.54

21.10.54.00

541.53

Steroid hormonları və onun törəmələri, struktur analoqları

21.10.52 

21.10.52.00 

541.54

Polipeptid hormonları, zülal hormonları və qlikoprotein hormonları, onların törəmələri və struktur analoqları

21.10.52 

21.10.52.00 

541.55

Katexolaminlər, onların törəmələri və struktur analoqları

21.10.52 

21.10.52.00 

541.56

Tromboksanlar, prostoqlandinlər və leykotriyenlər, onların törəmələri və struktur analoqları

21.10.52 

21.10.52.00 

541.59

Əsasən hormonlar kimi istifadə edilən sair steroidlər

21.10.52

21.10.52.00

541.61

Təbii və ya sintez olunmuş qlikozidlər, onların duzları, sadə və mürəkkəb efirləri, digər törəmələri

21.10.53

21.10.53.00

541.62

Orqanoterapiya üçün nəzərdə tutulan qurudulmuş, xırdalanıb toz halına salınmış və ya salınmamış vəzlər və digər orqanlar; orqanoterapiya üçün nəzərdə tutulan vəzlərin və ya digər orqanların və ya onların sekretlərinin ekstratları; heparin və onun duzları; digər qruplara daxil edilməyən, terapiya və ya profilaktika üçün nəzərdə tutulmuş digər insan və heyvan mənşəli maddələr

21.10.60

 

 

21.10.60.00

541.63

İmmun zərdabları və qanın digər fraksiyaları və modifikasiya edilmiş immunoloji məhsullar; insan üçün və baytarlıq sahəsində istifadə olunan zərdablar

21.20.21

21.20.21.00

541.64

İnsan qanı; terapevtik, profilaktiki və ya diaqnostik məqsədlərlə istifadə üçün hazırlanmış heyvan qanı; toksinlər, mikroorqanizmlərin kulturları (mayalardan başqa)

21.10.60

21.10.60.00

542.11

Tərkibində penisilin turşusu quruluşu olan penisilin və onun törəmələri və ya tərkibində streptomisinlər və ya onun törəmələri olan pərakəndə satış üçün dozalarla ölçülməmiş və ya dərman formaları şəklinə salınmamış və ya qablaşdırılmamış dərmanlar

21.20.11

21.20.11.00

542.12

Tərkibində sair antibiotiklər olan pərakəndə satış üçün dozalarla ölçülməmiş və ya dərman formaları şəklinə salınmamış və ya qablaşdırılmamış dərmanlar

21.20.11

21.20.11.00

542.13

Tərkibində penisilin turşusu quruluşu olan penisilin və onun törəmələri və ya tərkibində streptomisinlər və ya onun törəmələri olan pərakəndə satış üçün dozalarla ölçülmüş və ya dərman formaları şəklinə salınmış və ya qablaşdırılmış dərmanlar

21.20.11

21.20.11.00

542.19

Tərkibində sair antibiotiklər olan pərakəndə satış üçün dozalarla ölçülmüş və ya dərman formaları şəklinə salınmış və ya qablaşdırılmış dərmanlar

21.20.11

21.20.11.00

542.21

Tərkibində insulin olan pərakəndə satış üçün dozalarla ölçülməmiş və ya dərman formaları şəklinə salınmamış və ya qablaşdırılmamış dərmanlar (antibiotik olmayan)

21.20.12 

21.20.12.00 

542.22

Tərkibində sair hormonlar və ya 541.5 altqrupuna daxil edilən digər məhsullar olan, pərakəndə satış üçün dozalarla ölçülməmiş və ya dərman formaları şəklinə salınmamış və ya qablaşdırılmamış dərmanlar (antibiotik olmayan)

21.20.12 

21.20.12.00 

542.23

Tərkibində insulin olan pərakəndə satış üçün dozalarla ölçülmüş və ya dərman formaları şəklinə salınmış və ya qablaşdırılmış dərmanlar (antibiotik olmayan)

21.20.12 

21.20.12.00 

542.24

Tərkibində kortikosteroid hormonları, onların törəmələri və struktur analoqları olan dərmanlar (antibiotik olmayan)

21.20.12

21.20.12.00

542.29

Tərkibində sair hormonlar və 541.5 altqrupuna daxil edilən digər məhsullar olan, pərakəndə satış üçün dozalarla ölçülmüş və ya dərman formaları şəklinə salınmış və ya qablaşdırılmış dərmanlar (antibiotik olmayan)

21.20.12

21.20.12.00

574.33

Polietilentereftalat

20.16.40

20.16.40.00

591.1

İnsektisidlər

20.20.11

20.20.11.00

591.2

Fungisidlər

20.20.15

20.20.15.00

591.3

Herbisidlər, bitkilərin boyartımının qarşısını alan və tənzimləyən vasitələr

20.20.12

20.20.13

20.20.12.00

20.20.13.00

591.4

Dezinfeksiyaedici vasitələr

20.20.14

20.20.14.00

591.9

Digər qruplara daxil edilməyən, 591-ci qrupun pərakəndə satış üçün qablaşdırılmış sair məhsulları

20.20.19

20.20.19.00

714.41

Turboreaktiv mühərriklər

30.30.12

30.30.12.00

714.49

Turboreaktiv mühərriklərdən başqa reaktiv mühərriklər

30.30.13

30.30.13.00

714.81

Turbovint mühərriklər

30.30.12

30.30.12.00

714.91

Turboreaktiv və ya turbovint mühərriklərin hissələri

30.30.16

30.30.16.00

718.71

Nüvə reaktorları

25.30.21 

25.30.21.00 

718.77

Nüvə reaktorları üçün şüalandırılmamış yanacaq elementləri (kassetlər)

20.13.14

20.13.14.00

718.78

Nüvə reaktorlarının hissələri

25.30.22 

25.30.22.00 

728.47

Digər qruplara daxil edilməyən, izotopların bölünməsi üçün cihazlar, aparatlar və onların hissələri

28.99.39

28.99.39.00

731.11

Lazer və ya digər işıq yaxud foton şüalanması proseslərindən istifadə olunmaqla materialın kəsilib çıxarılması yolu ilə ixtiyari materialın emalı üçün dəzgahlar

28.41.11

28.41.11.00

731.12

Ultrasəs şüalanması proseslərindən istifadə olunmaqla materialın kəsilib çıxarılması yolu ilə ixtiyari materialın emalı üçün dəzgahlar

28.41.11

28.41.11.00

731.13

Elektrik boşalması proseslərindən istifadə olunmaqla materialın kəsilib çıxarılması yolu ilə ixtiyari materialın emalı üçün dəzgahlar

28.41.11

28.41.11.00

731.14

Elektrokimyəvi, elektron şüa, ion-şüaları və plazma-qövs proseslərindən istifadə olunmaqla materialın kəsilib çıxarılması yolu ilə ixtiyari materialın emalı üçün dəzgahlar

28.41.11

28.41.11.00

731.31

Rəqəmli proqram idarəsi ilə üfüqi metalkəsən tokar dəzgahları

28.41.21

28.41.21.00

731.35

Digər rəqəmli proqram idarəsi ilə metalkəsən tokar dəzgahları

28.41.21

28.41.21.00

731.42

Digər rəqəmli proqram idarəsi ilə dəlikaçan dəzgahlar

28.41.22

28.41.22.00

731.44

Digər rəqəmli proqram idarəsi ilə oyma frezer dəzgahları

28.41.22

28.41.22.00

731.51

Rəqəmli proqram idarəsi ilə konsol-frezer dəzgahları

28.41.22

28.41.22.00

731.53

Digər rəqəmli proqram idarəsi ilə frezer dəzgahları

28.41.22

28.41.22.00

731.61

İstənilən oxu üzərində 0.01 mm-dən az olmayan tənzimləmə dəqiqliyinə malik rəqəmli proqram idarəsi ilə müstəvi pardaqlama dəzgahları

28.41.23

28.41.23.00

731.63

İstənilən oxu üzərində 0.01 mm-dən az olmayan tənzimləmə dəqiqliyinə malik rəqəmli proqram idarəsi ilə digər pardaqlama dəzgahları

28.41.23

28.41.23.00

731.65

Rəqəmli proqram idarəsi ilə itiləmə dəzgahları (kəsici alətlər üçün)

28.41.23

28.41.23.00

733.12

Rəqəmli proqram idarəsi ilə, əymə, qatlama, düzləndirmə və ya presləmə üçün dəzgahlar (məngənələr daxil olmaqla)

28.41.31

28.41.31.00

733.14

Rəqəmli proqram idarəsi ilə, kombinə edilmiş ştamplama və kəsmə dəzgahlarından başqa kəsmə dəzgahları (məngənələr daxil olmaqla)

28.41.32

28.41.32.00

733.16

Rəqəmli proqram idarəsi ilə, kombinə edilmiş ştamplama və kəsmə dəzgahları da daxil olmaqla ştamplama və dəlmə dəzgahları (məngənələr daxil olmaqla)

28.41.32

28.41.32.00

735.91

731-ci qrupa daxil edilən dəzgahların hissələri

28.41.40

28.41.40.00

735.95

733-cü qrupa daxil edilən dəzgahların hissələri

28.41.40

28.41.40.00

737.33

Metalları elektriklə qaynaq etmək üçün avtomatik və ya yarımavtomatik maşın və aparatlar

27.90.31

27.90.31.00 

737.35

Metalların qövs qaynağı üçün (plazma-qövs daxil edilməklə) avtomatik və ya yarımavtomatik maşın və aparatlar

27.90.31

27.90.31.00

751.94

Məlumatların avtomatik emalı qurğularına və ya şəbəkəyə qoşulma imkanı olan çap, surətçıxarma və ya faks ötürülməsi kimi iki və ya daha artıq əməliyyat yerinə yetirən maşınlar

26.20.18

26.20.18.00

751.95

Məlumatların avtomatik emalı qurğularına və ya şəbəkəyə qoşulma imkanı olan digər qurğular

26.20.16

 

26.20.16.00

 

752.2

Çəkisi 10 kq-dan az olan, tərkibində mərkəzi emal bloku, klaviatura və displey olan portativ hesablama maşınları

26.20.11

26.20.11.00

752.3

Məlumatların avtomatik emalı üçün digər maşınlar

26.20.13

26.20.14

26.20.15

26.20.13.00

26.20.14.00

26.20.15.00

752.6

Bir korpusda yaddaş qurğusu olan və ya olmayan giriş-çıxış qurğuları

26.20.16

26.20.16.00

752.7

Yaddaş qurğuları

26.20.21

26.20.21.00

752.8

Verilənlərin avtomatik emalı üçün sair qurğular

26.20.30

26.20.30.00

752.9

Digər qruplara daxil edilməyən verilənlərin avtomatik emalı qurğuları

26.20.30 

26.20.30.00 

759.97

Yalnız və əsasən 752-ci qrupa aid edilən maşınlar üçün hissə və ləvazimatlar

26.20.40

26.20.40.00

763.31

Dəmir pul, banknot, jetonla və ya digər ödəniş vasitələri ilə işə salınan aparatlar

26.40.31

 

26.40.31.00

763.81

Videotuner qurğusu olan və ya olmayan, maqnit lentlərdə videoyazan və ya göstərən aparatlar

26.40.33 

26.40.33.00 

763.84

Digər videoyazan və ya göstərən aparatlar

26.40.33

26.40.33.00

764.11

Mobil şəbəkələr və ya digər simsiz (naqilsiz) şəbəkələr üçün telefonlar daxil olmaqla, telefon aparatları 

26.30.21

26.30.22

26.30.23

26.30.21.00

26.30.22.00

26.30.23.00

764.12

Simli və ya simsiz şəbəkələr (məsələn, lokal və ya qlobal şəbəkələr) üçün rabitə aparatları daxil olmaqla, səsin, təsvirin və ya digər məlumatların ötürülməsi və ya qəbul edilməsi üçün digər aparatlar

26.30.23

26.30.23.00

764.18

Telefon aparatlarının hissələri

26.30.30

26.30.30.00

764.21

Mikrofonlar və onlar üçün dayaqlar 

26.40.41

26.40.41.00

764.22

Gövdələrinə quraşdırılmış səsucaldanlar

26.40.42

26.40.42.00

764.23

Gövdələrinə quraşdırılmamış səsucaldanlar

26.40.42

26.40.42.00

764.24

Qulaqlıqlar və mikrofonla/səsucaldanla kombinə edilmiş qurğular 

26.40.42

26.40.42.00

764.25

Audio-tezlikli elektrik səs gücləndirici qurğular 

26.40.43

26.40.43.00

764.26

Elektrik səs gücləndirici dəstləri 

26.40.43

26.40.43.00

764.31

Ötürücü aparatlar 

26.30.12

26.30.12.00

764.32

Qəbuledici aparatlar qoşulmuş ötürücü aparatlar 

26.30.11

26.30.11.00

764.83

Radiolokasiya aparatları, köməkçi radionaviqasiya aparatları və məsafədən idarə edilən radio aparatları 

26.51.20

26.51.20.00

764.84

Televiziya kameraları, rəqəmli kameralar və videokameralar

26.30.13

26.40.33

26.70.13

26.30.13.00

26.40.33.00

26.70.13.00

764.92

Yalnız və ya əsasən 764.2 altqrupuna aid edilən aparat və avadanlıqların istifadəsi üçün hissələr və ləvazimatlar

26.40.51

26.40.51.00

772.2

Quraşdırılmış çap sxemləri

26.12.10

26.12.10.00

772.61

Elektrik cərəyanının idarə edilməsi və ya bölüşdürülməsi üçün 772.4 və ya 772.5 altqruplarına daxil edilən iki və daha artıq qurğu ilə təchiz olunmuş, gərginliyi 1000 V-dan çox olmayan bloklar, panellər (idarəetmə panelləri də daxil olmaqla), idarəetmə pultları, stollar, lövhələr və digər elektrik aparatları üçün altlıqlar (764.1 altqrupuna aid edilən kommutasiya qurğulardan başqa, 774, 881, 884-cü qrupların və ya 87-ci bölmənin quraşdırılmış qurğuları da daxil olmaqla)

27.12.31

27.12.31.00

773.18

Optik lifli kabellər

27.31.11

27.31.11.00

774.11

Elektrokardioqraflar

26.60.12

26.60.12.00

774.12

Digər elektrodiaqnostik aparatlar (funksional diaqnostik müayinə və ya fizioloji parametrlərə nəzarət üçün aparatlar daxil olmaqla)

26.60.12

26.60.12.00

774.13

Ultrabənövşəyi və ya infraqırmızı şüalardan istifadə etməklə işləyən aparatlar 

26.60.13 

26.60.13.00 

774.21

Tibdə, cərrahiyyədə, stomatologiyada və ya baytarlıqda istifadə üçün nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, rentgen şüalarından istifadə etməklə işləyən aparatlar (radioqrafik və ya radioterapevtik aparatlar da daxil olmaqla)

26.60.11 

26.60.11.00 

774.22

Tibdə, cərrahiyyədə, stomatologiyada və ya baytarlıqda istifadə üçün nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, alfa, beta və ya qamma şüalarından istifadə etməklə işləyən aparatlar (radioqrafik və ya radioterapevtik aparatlar da daxil olmaqla)

26.60.11

26.60.11.00

774.23

Rentgen boruları

26.60.11

26.60.11.00

774.29

Rentgen, habelə alfa, beta və ya qamma şüalarından istifadə etməklə işləyən digər aparatlar (hissə və ləvazimatlar daxil olmaqla)

26.60.11

26.60.11.00

776.25

Mikrodalğalı borucuqlar (idarəetmə torlu lampalar istisna olmaqla)

26.11.12 

26.11.12.00 

776.27

Digər elektron lampalar və borucuqlar

26.11.12

26.11.12.00 

776.31

Diodlar (fotodiodlar və ya işıq saçan diodlardan başqa)

26.11.21

26.11.21.00

776.32

Yayılma gücü 1Vt-dan az olan tranzistorlar (fototranzistorlardan başqa)

26.11.21

26.11.21.00

776.33

Yayılma gücü 1Vt və daha çox olan tranzistorlar (fototranzistorlardan başqa)

26.11.21

26.11.21.00

776.35

Tiristorlar, dinistorlar və trinistorlar (fotohəssas cihazlardan başqa)

26.11.21

26.11.21.00

776.37

Fotohəssas yarımkeçirici cihazlar; işıq şüalandıran diodlar

26.11.22

26.11.22.00

776.39

Digər yarımkeçirici cihazlar

26.11.22

26.11.22.00

776.42

Yaddaş blokları, çeviricilər, məntiqi sxemlər, gücləndiricilər, sinxronizatorlar və digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmiş prosessorlar və kontrollerlər

26.11.30

26.11.30.00

776.44

Yaddaş qurğuları

26.11.30

26.11.30.00

776.46

Gücləndiricilər

26.11.30

26.11.30.00

776.49

Digər elektron inteqral sxemləri

26.11.30

26.11.30.00

776.81

Quraşdırılmış pyezoelektrik kristallar

26.11.22

26.11.22.00

776.88

776.3 altqrupuna aid edilən cihazların və 776.81 mal mövqeyində göstərilən toplu pyezoelektrik kristalların hissələri

26.11.40

26.11.40.00

776.89

776.4 altqrupuna aid edilən məmulatların hissələri

26.11.40

 

26.11.40.00

 

778.62

Sabit həcmli tantalum elektrik kondensatorları

27.90.52

27.90.52.00

778.63

Elektrolitik sabit həcmli alüminium kondensatorları

27.90.52

27.90.52.00

778.64

Keramik dielektrik sabit həcmli kondensatorlar, birlaylı

27.90.52

27.90.52.00

778.65

Keramik dielektrik sabit həcmli kondensatorlar, çoxlaylı

27.90.52

27.90.52.00

778.67

Digər sabit həcmli elektrik kondensatorları

27.90.52

27.90.52.00

778.68

Dəyişən və ya tənzimlənən həcmli (uyğunlaşdırılan) elektrik kondensatorları 

27.90.53

27.90.53.00

778.71

Hissəciklərin sürətləndiriciləri

27.90.40

27.90.40.00

778.78

Digər qruplara daxil edilməyən fərdi funksiyalı elektrik cihazları

27.90.40

27.90.40.00

778.79

İlkin elementlərin, ilkin batareyaların hissələri

27.90.33

27.90.33.00

778.84

778.34 və ya 778.82-ci mal mövqelərinə daxil edilənlərdən başqa, elektrik səs və ya vizual siqnalizasiya qurğuları (məsələn, zənglər, sirenalar, indikator panellər və ya mühafizə və yanğın siqnalizasiyaları)

26.30.50

27.90.20

26.30.50.00

27.90.20.00

792.11

Yüksüz kütləsi 2000 kq-dan çox olmayan vertolyotlar

30.30.31

30.30.31.00

792.15

Yüksüz kütləsi 2000 kq-dan çox olan vertolyotlar

30.30.31

30.30.31.00

792.2

Yüksüz kütləsi 2000 kq-dan çox olmayan təyyarələr və digər qruplara daxil edilməyən sair uçuş aparatları (vertolyotlardan başqa)

30.30.32

30.30.32.00

792.3

Yüksüz kütləsi 2000 kq-dan çox, lakin 15000 kq-dan çox olmayan təyyarələr və digər qruplara daxil edilməyən sair uçuş aparatları (vertolyotlardan başqa)

30.30.33

30.30.33.00

792.4

Yüksüz kütləsi 15000 kq-dan çox olan təyyarələr və digər qruplara daxil edilməyən sair uçuş aparatları (vertolyotlardan başqa)

30.30.34

30.30.34.00

792.5

Kosmik aparatlar, o cümlədən peyklər və daşıyıcı raketlər

30.30.40

30.30.40.00

792.91

Vintlər, rotorlar və onların hissələri

30.30.50

30.30.50.00

792.93

Şassilər və onların hissələri

30.30.50

30.30.50.00 

871.11

Binokllar

26.70.22

26.70.22.00

871.15

Sair astronomik cihazlar

26.70.22

26.70.22.00

871.19

Binoklların, monoklların və sair optik teleskopların, sair astronomik cihazların və optik mikroskopların hissə və ləvazimatları

26.70.24

26.70.24.00

871.31

Optik mikroskoplardan başqa, mikroskoplar və difraksiya aparatları

26.51.61

26.51.61.00

871.39

Mikroskopların və difraksiya aparatlarının hissələri və ləvazimatı

26.51.83

26.51.83.00

871.41

Stereoskopik mikroskoplar

26.70.22

26.70.22.00

871.43

Mikrofotoçəkiliş, mikrokinoçəkiliş və mikroproyeksiyalar üçün mikroskoplar

26.70.22

26.70.22.00

871.45

Digər qruplara daxil edilməyən mikroskoplar

26.70.22

26.70.22.00

871.49

Mürəkkəb optik mikroskopların hissə və ləvazimatları

26.70.24

26.70.24.00

871.91

Silahlarda quraşdırılmaq üçün teleskop nişangahlar; periskoplar; 7-ci seksiya, 87-ci bölmə, 881-ci və ya 884-cü qruplara və ya 899.6 altqrupuna daxil edilən maşın, alət və cihazların hissələri kimi hazırlanmış teleskoplar

26.70.23

26.70.23.00

871.92

Lazerlər (lazer diodlarından başqa)

26.70.23

26.70.23.00

871.93

Digər optik cihazlar, aparatlar və alətlər

26.70.23

26.70.23.00

871.99

871.9 altqrupuna daxil edilən məmulatların hissə və ləvazimatları

26.70.25

26.70.25.00

872.11

Digər stomatoloji avadanlıqlarla vahid əsas üzərində birləşdirilmiş və ya birləşdirilməmiş bormaşınlar üçün mühərriklər

32.50.11

32.50.11.00

874.12

Naviqasiya alətlərinin və cihazlarının hissələri və ləvazimatları

26.51.86

26.51.86.00

874.13

Geodeziya (fotoqrammetriya daxil olmaqla), hidroqrafiya, okeanoqrafiya, hidrologiya, meterologiya və ya geofizika alətləri və cihazları (kompaslardan başqa); məsafəölçənlər

26.51.12

28.29.31

26.51.12.00

28.29.31.00

874.14

874.13-cü mal mövqelərinə daxil edilən məmulatların hissə və ləvazimatları

26.51.82

26.51.82.00

874.31

Mayelərin məsrəfinin və ya səviyyəsinin ölçülməsi və ya yoxlanılması üçün alətlər və aparatlar

26.51.52

26.51.52.00

874.35

Mayelərin və ya qazların təzyiqinin ölçülməsi və ya yoxlanılması üçün alətlər və aparatlar

26.51.52

26.51.52.00

874.37

Maye və qazların məsrəfini, səviyyəsini, təzyiqini və ya sair dəyişən xüsusiyyətlərini ölçmək və ya yoxlamaq üçün digər cihazlar

26.51.52

26.51.52.00

874.39

Maye və qazların məsrəfini, səviyyəsini, təzyiqini və ya sair dəyişən xüsusiyyətlərini ölçmək və ya yoxlamaq üçün cihazların hissə və ləvazimatları

26.51.82

26.51.82.00

874.41

Qaz və ta tüstü analizatorları

26.51.53

26.51.53.00

874.42

Xromatoqraflar və elektroforez alətləri

26.51.53

26.51.53.00

874.43

Optik şüalandırma (ultrabənövşəyi, görünən, infraqırmızı) istifadə edılən spektrometrlər, spektrofotometrlər və spektroqraflar

26.51.53

26.51.53.00

874.45

Optik şüalandırma (ultrabənövşəyi, görünən, infraqırmızı) istifadə edılən digər alətlər və aparatlar

26.51.53

26.51.53.00

874.46

Digər qruplara daxil edilməyən, fiziki və kimyəvi analiz üçün alətlər və aparatlar

26.51.53

26.51.53.00

874.49

Mikrotomlar; 874.4 altqrupunun məmulatlarının hissələri və ləvazimatları

26.51.82

26.51.82.00

874.51

Həssaslığı 5 sq və daha çox olan tərəzilər

26.51.31

26.51.31.00

874.52

Yalnız nümayişetdirmə məqsədi üçün istifadə edilən alətlər, aparatlar və modellər 

32.99.53

32.99.53.00

874.53

Materialların (məsələn, metal, ağac, kağız, plastik və s.) mexaniki xüsusiyyətlərini sınamaq üçün maşın və cihazlar

26.51.62

26.51.62.00

874.54

874.53-cü mal mövqelərinə daxil edilən maşın və cihazların hissə və ləvazimatları

26.51.86

26.51.86.00

874.55

Hidrometrlər, termometrlər, pirometrlər, barometrlər, hiqrometrlər, psixrometrlər, (yazma qurğusu olan və ya olmayan) onların ixtiyari kombinasiyaları

26.51.51

26.51.51.00

874.56

874.56-cı mal mövqelərinə daxil edilən alətlərin hissə və ləvazimatları

26.51.82

26.51.82.00

874.61

Termostatlar

26.51.70

26.51.70.00

874.63

Təzyiq tənzimləyiciləri və kontrollerləri (manostatlar)

26.51.70

26.51.70.00

874.65

Tənzimləmə və ya nəzarət üçün digər alət və aparatlar

26.51.65

 

26.51.70

26.51.65.00

 

26.51.70.00

874.69

Avtomatik tənzimləmə və ya nəzarət üçün alət və aparatların hissələri və ləvazimatları 

26.51.85

26.51.85.00

874.71

İonlaşdırıcı şüalanmanın ölçülməsi və ya aşkarlanması üçün alət və aparatlar 

26.51.41

26.51.41.00

874.73

Ossilloskoplar və ossilloqraflar 

26.51.42

26.51.42.00

874.75

Gərginlik, cərəyan, müqavimət və gücün ölçülməsi və yoxlanılması üçün yazma qurğusu olmayan digər alət və aparatlar

26.51.43

26.51.43.00

874.77

Xüsusi olaraq telekommunikasiya üçün nəzərdə tutulmuş cihaz və aparatlar (məsələn, çarpaz maneələrini, güclənmə əmsallarını, pozulma əmsallarını ölçən cihazlar, psoformetrlər)

26.51.44

26.51.44.00

874.78

Elektrik kəmiyyətlərinin ölçülməsi və yoxlanılması üçün digər alət və aparatlar

26.51.45

26.51.45.00

874.79

874.7 altqrupunun alət və aparatları üçün hissələr və ləvazimatlar

26.51.82

26.51.82.00

874.9

Digər qruplara daxil edilməyən, maşın, cihaz, alət və aparatlar üçün hissələr və ləvazimatlar

26.51.82

26.51.82.00

881.11

Fotokameralar (kinokameralardan başqa)

26.70.12

26.70.14

26.70.12.00

26.70.14.00

881.21

Kinokameralar

26.70.15

26.70.15.00

884.11

Kontakt linzaları

32.50.41

32.50.41.00

884.19

Digər qruplara daxil edilməyən optik liflər və optik lifli dolaqlar, optik lifli kabellər; polyarlaşma materiallarından təbəqələr və lövhələr

26.70.21

27.31.12

26.70.21.00

27.31.12.00

891.11

Silahla təchiz edilmiş və ya silahsız tanklar və sair mexanikləşdirilmiş zirehli döyüş maşınları və onların hissələri

30.40.10

30.40.10.00

891.12

Revolver, tapança və oxşar məmulatlardan başqa, hərbi sursatlar

25.40.11

25.40.11.00

891.13

Qılınclar, xəncərlər, nizələr, süngülər və oxşar silahlar və onların hissələri, onlar üçün qınlar və çexollar

25.71.15

25.71.15.00

891.14

Hərbi silah növləri (891.13 mal mövqeyinə aid edilənlərdən başqa)

25.40.12

20.40.12.00

891.22

Yivsiz silahlar üçün patronlar

25.40.13

25.40.13.00

891.23

Pnevmatik silahlar üçün güllələr və yivsiz silahlar üçün patronların hissələri

25.40.13

25.40.13.00

891.24

Digər patronlar və onların hissələri

25.40.13

25.40.13.00

891.29

Digər qruplara daxil edilməyən hərbi sursatlar və onların hissələri

25.40.13

25.40.13.00

891.31

Digər odlu silahlar və partlayıcı maddələrin qüvvəsindən istifadə etməklə işləyən analoji qurğular (məsələn, yivli və yivsiz idman silahı, lülədən doldurulan odlu silahlar, fişəng atan tapançalar və yalnız siqnal fişənglərini buraxmaq üçün qurğular, boş (gülləsiz) patronlarla atəş açmaq üçün tapançalar)

25.40.12

25.40.12.00

891.39

Digər silahlar (məsələn, yaylı, pnevmatik və ya qaz tüfəngləri və tapançaları, dəyənəklər) 891.13 mal mövqeyinə daxil edilənlərdən başqa

25.40.12

25.40.12.00

891.91

Revolver və tapança hissələri və onlara ləvazimatlar

25.40.14

25.40.14.00

891.93

891.31 mal mövqeyinə aid edilən yivsiz silahların lülələri

25.40.14

25.40.14.00

891.95

891.31 mal mövqeyinə aid edilən silah və tüfənglərin sair hissələri

25.40.14

25.40.14.00

891.99

Digər qruplara daxil edilməyən, 891.12 və 891.39 mal mövqelərinə aid edilən məmulatların hissə və ləvazimatları

25.40.14

25.40.14.00

898.44

Optik daşıyıcılar

26.80.12

26.80.12.00

898.46

Yarımkeçirici daşıyıcılar

26.80.13

26.80.13.00

899.61

Eşitmə aparatları (hissə və ləvazimatları istisna olmaqla)

26.60.14

26.60.14.00

899.63

Ortopedik və ya sınıqların müalicəsi üçün cihazlar

32.50.22

32.50.22.00

899.66

Digər qruplara daxil edilməyən insan bədəninin süni hissələri

32.50.22

32.50.22.00

899.67

Kardiostimulyatorlar (hissə və ləvazimatları istisna olmaqla)

26.60.14

26.60.14.00

 


Ədəbiyyat siyahısı

 

1.        Terminlər lüğəti – Dövlət Statistika Komitəsi, Bakı - 2010

2.        Avropa Statistika İdarəsinin (Avrostat) yüksək texnologiyalar qlossarisi http://ec.europa.eu/eurostat/statistics-explained/index.php/Glossary:High-tech

3.        Avropa Statistika İdarəsinin (Avrostat) yüksək texnologiyalar statistikası http://ec.europa.eu/eurostat/statistics-explained/index.php/High-tech_statistics

4.        Beynəlxalq Standart Ticarət Təsnifatı (SİTC rev. 4) http://unstats.un.org/unsd/trade/sitcrev4.htm

5.        Beynəlxalq Standart Ticarət Təsnifatı (SİTC rev.4) üzrə yüksək texnologiyalar məhsulları http://ec.europa.eu/eurostat/cache/metadata/Annexes/htec_esms_an5.pdf

6.        Məhsul Növləri Təsnifatı (CPA 2008) http://ec.europa.eu/eurostat/ramon/nomenclatures/index.cfm?TargetUrl=LST_NOM_DTL&StrNom=CPA_2008&StrLanguageCode=EN&IntPcKey=&StrLayoutCode=HIERARCHIC

7.        Məhsul növləri təsnifatı, Azərbaycan Respublikasının Dövlət Təsnifatı

 http://www.azstat.org/tesnifat/

 



[1] “Statistical classification of products by activity”

[2] “Məhsul Növləri Təsnifatı”