AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

07.07.2017

Qeydiyyat nömrəsi

17/2

Adı

“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

18.07.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201707070172

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

17.07.2017

 

 

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 648-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 may tarixli 2905 nömrəli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

Q Ə R A R A    A L I R:

 

1.     Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Mərkəzi Bankın sədri                                                         Elman  Rüstəmov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹17/2

“07” iyul 2017-ci il

 

 

“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 may tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.   1.1-ci bənddə “, 49-cu və 49-1-ci” sözləri “ və 49-cu” sözləri ilə əvəz edilsin;

2.   1.2.2-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;

3.   1.2.3-cü yarımbənd ləğv edilsin;

4.   1.4-cü bənd ləğv edilsin.