AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ARXİV İDARƏSİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

05.12.2016

Qeydiyyat nömrəsi

10

Adı

“Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı və onun tətbiq olunmasına dair göstəriş”də dəyişikliklərin edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

16.12.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

100.070.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201612050010

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

15.12.2016

 

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2016-ci il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.7-ci bəndin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 15-ci hissəsini rəhbər tutaraq

 

KOLLEGİYA QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 2016-cı il 12 aprel tarixli 3/1 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 129-cu bəndin 2-ci və 5-ci sütunları müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:

“Fəaliyyət növü üzrə lisenziyanın və icazənin alınması zamanı yaranan sənədlər (ərizə-anket, lisenziya, icazə, inzibati aktlar, qeydiyyat kitabları, reyestrlər və s.)1”;

“1. Müvafiq qanunla müəyyən edilən digər sənədlər”;

1.2. 130-cu bəndin 2-ci sütunu aşağıdakı redaksiyada verilsin:

“Lisenziyaların və icazələrin verilməsinə dair mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları ilə yazışma”;

1.3. 286-cı və 287-ci bəndlər ləğv edilsin;

1.4. 357-ci bəndin 2-ci sütunundan “lisenziyaların surətləri,” sözləri çıxarılsın.

2. İdarənin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsi bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını 3 gün ərzində təmin etsin.

3. Qərarın icrasına nəzarət rəis müavini Ə. Rəsulova həvalə edilsin.

 

 

İdarənin rəisi                                                                                                    Ataxan Paşayev