AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ QƏRARI

Qəbul edildiyi tarix

29.05.2014

Qeydiyyat nömrəsi

6

Adı

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

11.06.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201405290006

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

10.06.2014

 

 

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 15-ci bəndinə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyası

 

qərara alır:

 

1. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göstərilən elektron xidmətlər üzrə aşağıdakı inzibati reqlamentlər təsdiq edilsin:

1.1. “Vətəndaşların TQDK-nın rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması” elektron xidməti üzrə inzibati reqlament (1 nömrəli əlavə);

1.2. “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın “Şagird-məzun sistemi”ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması” elektron xidməti üzrə inzibati reqlament (2 nömrəli əlavə).

2. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 29.05.2014-cü il tarixli iclasının protokolu

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının sədri

 

Məleykə Abbaszadə

 

 


 

 

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 2014-cü il 29 may tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

1 nömrəli əlavə

 

 

“Vətəndaşların TQDK-nın rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması” elektron xidməti üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Vətəndaşların TQDK-nın rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması.

1.2. Elektron xidmətin məzmunu: Xidmət istifadəçilərin İnternet vasitəsilə onlayn rejimdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (bundan sonra TQDK) sədrinin, sədrin müavininin və digər məsul işçilərinin qəbuluna yazılmaq üçün nəzərdə tutulmuşdur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsi;

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 32.13-cü bəndi;

- "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 mart tarixli 74 nömrəli qərarı.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: TQDK.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin göstərilmə vaxtı sorğunun informasiya sistemləri tərəfindən emalı vaxtilə müəyyən edilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vətəndaş TQDK sədrinin, sədrin müavininin və digər məsul işçilərinin qəbuluna yazılır və onun ekranına qeydiyyata alınması barədə məlumat ötürülür.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://eservices.tqdk.gov.az/eServicesNK191.aspx#32_13

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- TQDK-nın elektron xidmətlər portalı (http://eservices.tqdk.gov.az/),

- TQDK-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektoru,

- TQDK-nın regional bölmələri,

- e-poçt: exidmet@tqdk.gov.az

- telefon: +99412 5024792, +99412 5024782[1]

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Qəbula yazılarkən aşağıda adları çəkilən sənədlərdən birinin nömrəsi və FİN kodu proqramın tələb etdiyi müvafiq sahələrə daxil edilir:

- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi,

- Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqəsi,

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. sorğunun formalaşdırılması:

- İstifadəçi xidmətin təqdim edildiyi elektron ünvana daxil olub 2.6-cı bənddə göstərilmiş sənədlərdən birinin nömrəsini və FİN kodunu müvafiq sahələrə daxil edir,

- Siyahıdan qəbulun aparılacağı şəhəri və vaxtı seçib “Daxil ol” düyməsini basır,

- Açılan səhifədə müraciətin aid olduğu mövzunu (sınaq imtahanı, qəbul imtahanı və s.) siyahıdan seçir, istədiyi halda qeydlərini, telefonunu, elektron poçt ünvanını müvafiq sahələrə daxil edib “Qeydiyyata al” düyməsini basır.

3.2.2. Sorğunun qəbulu: Sorğu sistemə daxil edilərək istifadəçi tərəfindən sdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur, onun ekranına və elektron poçt ünvanına qeydiyyat məlumatları ötürülür.[2]

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları: istifadəçi tərəfindən daxil edilmiş 2.6 bəndində göstərilmiş sənədin nömrəsi və ya FİN kodu düzgün deyilsə xidmətin göstərilməsindən imtina edilir.

3.3.2. sorğunun qəbulu: istifadəçi tərəfindən daxil edilmiş 2.6-cı bənddə göstərilmiş sənədin nömrəsi və FİN kodu düzgün olduğu halda sorğu qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: qəbula yazılış müvafiq proqram vasitəsilə həyata keçirilir, məsul şəxs – TQDK-nın İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: daxil edilmiş məlumatların qəbul edilməsi və təsdiqedici düymə basıldıqda məlumatların yaddaşda saxlanılması, əməliyyatın yerinə yetirilmə müddəti sorğunun informasiya sistemləri tərəfindən emalı vaxtı ilə müəyyən edilir.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: qeydiyyat nömrəsinin, qəbulun keçiriləcəyi yer və vaxt göstərilməklə istifadəçinin qeydiyyata alınması barədə məlumat elektron formada onun səhifəsinə ötürülür.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: nəzarət onlayn rejimdə TQDK-nın İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi tərəfindən həyata keçirilir.

3.5.2. nəzarət qaydası: istifadəçilərdən irad və təkliflərin qəbulu və metodiki dəstəyin göstərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektoru tərəfindən həyata keçirilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 

 


 

 

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 2014-cü il 29 may tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

2 nömrəli əlavə

 

 

“Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın “Şagird-məzun sistemi”ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması” elektron xidməti üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın “Şagird-məzun sistemi”ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması.

1.2. Elektron xidmətin məzmunu: Xidmət şagirdlərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (bundan sonra TQDK) “Şagird-məzun sistemi”ndə özləri haqda məlumatları internet vasitəsilə yoxlaması bu məlumatlarda səhvlər aşkar olduğu halda onlar barədə məlumatı elektron müraciət forması vasitəsilə TQDK-ya ötürülməsi üçün nəzərdə tutulmuşdu.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.3-1-ci yarımbəndi,

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 32.14-cü bəndi;

- "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 mart tarixli 74 nömrəli qərarı.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: TQDK.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin göstərilmə vaxtı sorğunun informasiya sistemləri tərəfindən emalı vaxtilə müəyyən edilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçinin ekranına onun haqda “Şagird-məzun sistemi”ndə toplanmış məlumatlar ötürülür.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: “Şagird-məzun sistemi”ndə qeydiyyatdan keçmiş fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://eservices.tqdk.gov.az/eServicesNK191.aspx#32_14

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- TQDK-nın elektron xidmətlər portalı (http://eservices.tqdk.gov.az/),

- TQDK-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektoru,

- TQDK-nın regional bölmələri,

- e-poçt: exidmet@tqdk.gov.az

- telefon: +99412 5024792, +99412 5024782[3]

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Yoxdur.

 

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. sorğunun formalaşdırılması:

- İstifadəçi xidmətin təqdim edildiyi elektron ünvana daxil olub FİN və ya “Şagird-məzun sistemi” tərəfindən ona verilmiş “Şagirdin iş nömrəsi”ni (bundan sonra – iş nömrəsi) və ad, soyad və ata adını müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basır;[4]

- Açılan səhifədə özü barədə məlumatları yoxlayır;

- Səhvlərin olduğu halda “Məlumatlarda səhv var” düyməsini basır. Ekranda indiyədək göndərdiyi müraciətlərin və onlara verilmiş cavabların siyahısı əks olunur. “Yeni məlumat” düyməsini basır, səhvlər barədə məlumatı müvafiq sahəyə daxil edir, "Məlumatı təsdiq edirəm" bəndini qeyd edir və “Məlumatı ötür” düyməsini basır;[5]

- Sistemdən çıxır.

3.2.2. Sorğunun qəbulu: Sorğu “Məlumatı ötür” düyməsinin basıldığı andan sistemdə qeydiyyata alınmış olur və müraciət istifadəçinin indiyədək göndərdiyi müraciətlərin və onlara verilmiş cavabların siyahısına əlavə edilərək ekranda əks olunur. 

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları:

- istifadəçi tərəfindən daxil edilmiş FİN, iş nömrəsi və ad, soyad və ata adı düzgün deyilsə xidmətin göstərilməsindən imtina edilir.[6]

3.3.2. sorğunun qəbulu:

- istifadəçi tərəfindən daxil edilmiş məlumatlar düzgün olduqda sorğu qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: yoxlama əməliyyatı müvafiq proqram vasitəsilə həyata keçirilir, məsul şəxs – TQDK-nın İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: daxil edilmiş məlumatların qəbul edilməsi və təsdiqedici düymə basıldıqda məlumatların yaddaşda saxlanılması, əməliyyatın yerinə yetirilmə müddəti sorğunun informasiya sistemləri tərəfindən emalı vaxtı ilə müəyyən edilir.

Məsul şəxs haqqında məlumat: məlumatların istifadəçinin ekranına ötürülməsi və məlumatların qəbul edilməsi, məsul şəxs – TQDK-nın İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: daxil edilmiş məlumatların qəbul edilməsi və təsdiqedici düymə basıldıqda məlumatların ötürülməsi və qəbul edilmiş məlumatların yaddaşda saxlanılması, əməliyyatın yerinə yetirilmə müddəti sorğunun informasiya sistemləri tərəfindən emalı vaxtı ilə müəyyən edilir.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: istifadəçi haqda məlumatlar elektron formada onun səhifəsinə ötürülür.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: nəzarət onlayn rejimdə TQDK-nın İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi tərəfindən həyata keçirilir.

3.5.2. nəzarət qaydası: istifadəçilərdən irad və təkliflərin qəbulu və metodiki dəstəyin göstərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektoru tərəfindən həyata keçirilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 yanvar 2016-cı il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601120002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 yanvar 2016-cı il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 yanvar 2016-cı il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601120002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 yanvar 2016-cı il) ilə 2.5-ci bəndin beşinci abzasında “+99412 440 30 09” nömrəsi “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilmişdir.

 

[2] 12 yanvar 2016-cı il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601120002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 yanvar 2016-cı il) ilə 3.2.2-ci yarımbənddə “və onun ekranına qeydiyyat nömrəsi əks olunmuş məlumat” sözləri “, onun ekranına və elektron poçt ünvanına qeydiyyat məlumatları” sözləri ilə əvəz edilmişdir.

 

[3] 12 yanvar 2016-cı il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601120002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 yanvar 2016-cı il) ilə 2.5-ci bəndin beşinci abzasında “+99412 440 30 09” nömrəsi “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilmişdir.

 

[4] 12 yanvar 2016-cı il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601120002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 yanvar 2016-cı il) ilə 3.2.1-ci yarımbəndin birinci abzasında “daxil olub” sözlərindən sonra “FİN və ya” sözləri əlavə edilmişdir.

 

[5] 12 yanvar 2016-cı il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601120002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 yanvar 2016-cı il) ilə 3.2.1-ci yarımbəndin üçüncü abzasında “və “Məlumatı ötür” düyməsini basır” sözləri “, "Məlumatı təsdiq edirəm" bəndini qeyd edir və “Məlumatı ötür” düyməsini basır” sözləri ilə əvəz edilmişdir.

 

[6] 12 yanvar 2016-cı il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601120002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 yanvar 2016-cı il) ilə 3.3.1-ci yarımbəndin birinci abzasında “daxil edilmiş” sözlərindən sonra “FİN,” sözü əlavə edilmişdir.