AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyasının Qərarı

Qəbul edildiyi tarix

10.04.2014

Qeydiyyat nömrəsi

1/1-07

Adı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin fəaliyyətinin təşkili Qaydaları”nda dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

28.04.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201404101107

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

27.04.2014

 

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.1.7-1-ci, 5.8-ci və 5.9-cu yarımbəndlərinə əsasən Kollegiya

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin fəaliyyətinin təşkili Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (Əlavə olunur).

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları” təsdiq edilsin(Əlavə olunur).

3. Hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədimovaya tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Kollegiyanın sədri:                                                                                                              İnam Kərimov

 

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 10 aprel 2014-cü il tarixli 1/1-07 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin fəaliyyətinin təşkili Qaydaları”nda dəyişikliklər

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin fəaliyyətinin təşkili Qaydaları”na aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 1.2-ci bənddə “internet” sözündən sonra “(www.asan.gov.az internet saytı və sosial şəbəkələr)” sözləri, “telefon” sözündən sonra “(108 və 9108)” sözləri, “bağlı” sözündən sonra “şikayət və” sözləri əlavə edilsin;

2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. “Çağrı” mərkəzində şəxslərə bilavasitə xidmət 108 vahid telefon nömrəsi, www.asan.gov.az internet saytı (onlayn əlaqə), sosial şəbəkələr və mərkəzlərdə quraşdırılmış müraciət köşkləri (video qəbul) vasitəsilə həyata keçirilir.”;

3.  aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

“1.5. “Çağrı” mərkəzinin fəaliyyəti müasir tələblərə və qabaqcıl təcrübəyə uyğun təşkil edilir.”;

4.  2.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Yardımçı hissə təlim otağından, istirahət zalından və digər funksional xidmət otaqlarından ibarətdir.”;

5.  2.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.5. daim yenilənən vahid məlumat bazasına çıxışı olan ümumi monitorlarla təchiz edilməsi.”;

6.  2.7-ci bənd çıxarılsın;

7.  2.9-cu bənddə mötərizənin içərisində “zəng edilən” sözlərindən əvvəl “danışıq,” sözü əlavə edilsin;

8.  2.12-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Qeydə alınan zənglər 1 il müddətində saxlanıldıqdan sonra silinir.”

9.  2.13-cü bənddə “şikayət” sözü “müraciət” sözü ilə əvəz edilsin;

10.  2.14-cü bənd çıxarılsın;

11.  3-cü hissə (“Çağrı” mərkəzində xidmətin göstərilməsi) aşağıdakı redaksiyada verilsin:

3.1. “Çağrı” mərkəzində şəxslərə aşağıdakı xidmətlər göstərilir:

3.1.1.         “Çağrı” mərkəzinə daxil olan müraciətlərin cavablandırılması və digər informasiya xidmətlərinin həyata keçirilməsi;

3.1.2.         mərkəzlərin fəaliyyəti barədə şikayət və təkliflərin qəbulu, araşdırmaya yönəldilməsi;

3.1.3.        xidmət üçün növbə tutulması;

3.1.4.        səyyar xidmət sifarişinin qəbulu.

3.2.        Müraciətlərin (telefon zəngi, internet və video qəbul vasitəsilə) cavablandırılması:

3.2.1.         “108” vahid telefon nömrəsinə daxil olan zənglər operatorlara məxsus telefon xəttinə yönəldildikdən sonra 5 saniyə ərzində operator tərəfindən bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq qəbul edilir və cavablandırılır;

3.2.2.         müraciətlərin qəbulu və cavablandırılması həyata keçirilərkən aydın olmayan məqamlar və nəticəyə təsir göstərə biləcək bütün məsələlər aydınlaşdırılmalı və müraciətin qısa və konkret olması üçün əlavə sual(lar) verilməklə dəqiqləşdirmələr aparılmalıdır (müraciət edən şəxs tam dinlənildikdən sonra operator tərəfindən aydınlaşdırıcı və dəqiqləşdirici suallar verilir);

3.2.3.         müraciət edən şəxsdən eyni məlumatların təkrar soruşularaq danışığın uzadılmasına yol verilmir;

3.2.4.        verilən cavablar qısa və yığcam olmaqla məsələnin mahiyyətini tam aydınlığı ilə şəxsə çatdırmalıdır. Operator danışığın müddətinin 10 dəqiqədən artıq olmamasına çalışmalıdır. Danışıq qarşı tərəfin mübahisələri səbəbindən uzandıqda qarşı tərəfə xəbərdarlıq edilməklə əlaqə kəsilir;

3.2.5.         cavab tam şəkildə izah edildikdən və qısa xülasə verildikdən sonra şəxs yeni sual verməzsə, bu zaman müraciət yekunlaşdırılır;

3.2.6.        operator sualı cavablandırmaqda çətinlik çəkdikdə, sual üzrə cavab bazada olmadıqda, suala tam, əhatəli və ya birbaşa cavab vermək mümkün olmadıqda müraciət edən razılığı alınmaqla gözləməyə alınır;

3.2.7.        operator tərəfindən müraciət edən şəxsin xətdə gözlədilmə müddəti 5 dəqiqədən çox olmamalıdır;

3.2.8.        xəttə gözlətmə müddəti 5 dəqiqəyə çatdıqda operator müraciət edən şəxsə xəttə bir qədər də gözləməyi və ya sual vərəqəsi tərtib edilməsini təklif edir;

3.2.9.        şəxs təkrar əlaqə arzu etmədikdə və ya «Sual vərəqəsi»nin tərtib edilməsi üçün adı, soyadı, yaşadığı və ya işlədiyi yer haqqında məlumatları vermədikdə «Sual vərəqəsi» tərtib edilmir və onunla təkrar əlaqə yaradılmır;

3.2.10.    İnternet vasitəsilə (e-mail və sosial şəbəkələrdən) daxil olan müraciətlərin cavablandırılması “Çağrı” mərkəzi şöbəsinin müdiri tərəfindən müəyyən edilən xüsusi operator (icraçı) tərəfindən həyata keçirilir;

3.2.11.    İnternet vasitəsilə (e-mail və sosial şəbəkələrdən) daxil olan müraciətlərin qəbulu zamanı dəqiqləşdirici suallar verilə bilməz, müraciət oxunaqlı formada yazılmazsa, bu zaman şəxsə yenidən müraciət etməsi bildirilməlidir;

3.2.12.    Sosial şəbəkələrdən daxil olan müraciətlər həmin gün, “onlayn əlaqə” bölməsi vasitəsilə daxil olan müraciətlər daxil olduğu an, digər müraciətlər isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə cavablandırılır. Sosial şəbəkələr vasitəsilə müraciətlər qeyri-iş günlərində daxil olarsa, müraciət növbəti iş günündə cavablandırılır;

3.2.13.    “onlayn əlaqə” aşağıdakı mərhələlərlə həyata keçirilir:

3.2.13.1.    www.asan.gov.az saytının “onlayn əlaqə” bölümündə “Dialoqa başla” əməliyyat düyməsi seçilməklə şəxsi məlumatların (ad, soyad, e-mail adresi) və müraciətə aid sahənin adı daxil edilməklə ilkin qeydiyyat proseduru həyata keçirilir;

3.2.13.2.    ilkin qeydiyyatdan keçildikdən sonra “onlayn əlaqə” bölümünün “Onlayn Sorğu” hissəsində “Xahiş edirik, operatorun cavabını gözləyin..” yazısı aktivləşir;

3.2.13.3.   ilkin qeydiyyatdan uğurla keçmiş şəxlərə “onlayn əlaqə” bölümü üzrə daxil olan müraciətləri cavablandıran operatorlar tərəfindən standart salamlama ifadəsi ilə müraciət edildikdən sonra, şəxslər öz müraciətlərini həyata keçirirlər.

3.2.14.   videoqəbul vasitəsilə daxil olan görüntülü müraciətlər daxil olduğu andan etibarən ən geci 30 saniyə müddətində qəbul edilir və cavablandırılır;

3.2.15.   eyni məsələlərlə bağlı müraciətlərin daxil olması kütləvi hal aldıqda, təqdim ediləcək standart cavablama tərtib edilir və “Çağrı” mərkəzi şöbəsinin müdiri tərəfindən yazılı şəkildə təsdiq olunur;

3.2.16.    kütləvi informasiya vasitələrindən daxil olan müraciətlər Beynəlxalq və ictimai əlaqələr şöbəsinə yönəldilir;

3.2.17.   müraciətlərin cavablandırılması mümkün olmadıqda operator tərəfindən bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən formada “Sual vərəqəsi” tərtib edilir və “Çağrı” mərkəzi şöbəsinin müdirinə təqdim edilir. “Sual vərəqəsi”nin tərtibi və bu Qaydaların 4 nömrəli əlavəsində müəyyən edilmiş formada qeydiyyatı elektron daşıyıcıda aparılır;

3.2.18.   “Sual vərəqəsi” tərtib edilən müraciətlərlə bağlı cavablandırılma aşağıdakı şəkildə həyata keçirilir:

3.2.18.1.   “Çağrı” mərkəzi şöbəsinin müdiri sualla əlaqədar aidiyyəti struktur bölməyə müraciət edir. Müvafiq struktur bölmə sualın cavabını həmin gün “Çağrı” mərkəzi şöbəsinin müdirinə təqdim edir;

3.2.18.2.   sualın cavablandırılması əks əlaqə yaratmaqla və ya e-mail vasitəsilə məlumatlandırmaqla həyata keçirilir və əks əlaqə zəngi qeydiyyata alınır;

3.2.18.3.   müraciət edən şəxsə cavab hazırlandıqdan sonra 5 iş günü müddətində hər gün ən azı üç dəfə zəng edilməklə əlaqə yaratmaq və ya e-mail vasitəsilə məlumatlandırmaq mümkün olmadıqda “Sual vərəqəsi”ndə müvafiq qeydlər aparılmaqla vərəqə bağlanılır və cavab verilmir;

3.2.18.4.   verilən sual ilə əlaqədar bilavasitə mərkəzdə araşdırma aparılması zərurəti olduqda şəxs ona münasib ünvanda yerləşən “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən müvafiq quruma dəvət edilir;

3.2.19.         “Çağrı” mərkəzi tərəfindən göstərilən xidmətlərlə bağlı olmayan suallar cavablandırılmır və aidiyyəti orqana müraciət edilməli olduğu bildirilir.

3.3.           Mərkəzlərin fəaliyyəti barədə şikayət və təkliflərin qəbulu, araşdırmaya yönəldilməsi:

3.3.1.            Dövlət Agentliyində qanunvericiliyinin pozulması halları, o cümlədən mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının hərəkətləri (hərəkətsizliyi) barədə şəxslərin etdikləri şikayətləri qəbul edən operator bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən formada tərtib edilən “Şikayət vərəqəsi”ni dolduraraq “Çağrı” mərkəzi şöbəsinin müdirinə təqdim edir. “Şikayət vərəqəsi”nin tərtibatı və qeydiyyatı kağız və elektron formada aparılır;

3.3.2.           şikayət edən adını, atasının adını, soyadını, ünvanını və ya işlədiyi yeri bildirmədikdə, habelə şikayətdə qaldırılan məsələlərin həlli Dövlət Agentliyinin səlahiyyətlərinə aid olmadıqda operator qüvvədə olan qanunvericiliyə istinad edərək şikayətə baxılmasının mümkün olmadığını bildirir;

3.3.3.           şikayətdə qaldırılan məsələlərin həllinin Dövlət Agentliyinin səlahiyyətlərinə aid olduğu müəyyənləşdirildikdən sonra “Şikayət vərəqəsi” bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada qeydiyyata alınır və baxılmaq üçün Dövlət Agentliyinin Elektron sənəd dövriyyəsi şöbəsinə təqdim edilir;

3.3.4.           “Şikayət vərəqəsi”ndə müəyyən edilən məsələlər “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətə baxılaraq cavablandırılır.

3.4.           Xidmət üçün növbə tutulması:

3.4.1.         növbə tutmaq üçün telefonla və ya video qəbul vasitəsilə müraciət olunduqda operator həmin şəxsdən növbə tutulması üçün zəruri olan bütün məlumatları öyrənir və “ASAN xidmət” mərkəzinin internet səhifəsində (www.asan.gov.az) olan “onlayn növbə” blankını dolduraraq şəxsin əvəzinə növbə tutur;

3.4.2.        təyin olunmuş növbə barədə şəxsə məlumat verilir;

3.4.3.        şəxslər internet səhifəsində “onlayn növbə” blankını bilavasitə doldurmaqla elektron növbə tuta bilərlər. Bu halda sistem şəxsə avtomatlaşdırılmış qaydada növbə ilə bağlı məlumatları təqdim edir.

3.5.           Səyyar xidmət sifarişinin qəbulu: “108” və ya “9108” vahid telefon nömrəsinə daxil olan səyyar xidmət sifarişlərinə dair zənglər operatorlara məxsus telefon xəttinə yönəldildikdən sonra 5 saniyə ərzində operator tərəfindən qəbul edilir və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları” uyğun olaraq tədbirlər görülür.”;

12. 4.5.3-cü yarımbənddə “aparmaq,” sözündən sonra “qrup rəhbərini təyin etmək və” sözləri əlavə edilsin;

13. 4.5.4-cü yarımbənddə “3.1 və 3.2-ci bəndlərində” sözləri “3.2.17 və 3.2.18-ci yarımbəndləri və 3.3-cü bəndində” sözləri ilə əvəz edilsin;

14. 4.5.10-cu yarımbənddə “nöqtə” işarəsi “nöqtəli-vergül” işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.5.11 - 4.5.13-cü yarımbəndlər əlavə edilsin:

“4.5.11. operatorların fəaliyyətinin qiymətləndirilməsini təşkil etmək və nəticələri barədə hesabatları və təqdimatları hazırlayaraq İnsan resursları və təlim şöbəsinə təqdim etmək;

4.5.12. operatorların təlimə olan tələbatlarını müəyyənləşdirmək və onların təlimlərdə iştirakının təmin edilməsi üçün tədbirlər görmək;

4.5.13. rübdə bir dəfə şöbə daxilində dövri iclaslar keçirmək və iclas protokolunun tərtibinə və qeydiyyatına nəzarət etmək.”;

15. aşağıdakı məzmunda 4.5-1-ci bənd əlavə edilsin

“4.5-1. Qrup rəhbərləri aşağıda göstərilənləri yerinə yetirir:

4.5-1.1. daxil olan müraciətlərlə bağlı gündəlik, aylıq, rüblük və illik hesabatları hazırlamaq və Çağrı” mərkəzi şöbəsinin müdirinə təqdim etmək;

4.5-1.2. tərtib edilən “Sual vərəqəsi”ni və “Şikayət vərəqəsi”ni Çağrı” mərkəzi şöbəsinin müdirinə təqdim etmək;

4.5-1.3. Dövlət Agentliyinin fəaliyyətini və mərkəzlərdə həyata keçirilən xidmətləri tənzimləyən qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı operatorları məlumatlandırmaq;

4.5-1.4. operatorlar tərəfindən cavablandırılmasında çətinlik çəkilən müraciətlərin cavablandırmaq;

4.5-1.5. xidmət zalında sakitliyə riayət olunmasına nəzarət etmək;

4.5-1.6. operatorlar tərəfindən “Növbə qrafikinə” riayət edilməsinə nəzarət etmək;

4.5-1.7. texniki avadanlıqlarda yaranan nasazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;

4.5-1.8. səlahiyyətlərinə uyğun digər tapşırıqları yerinə yetirmək.”;

16. 4.6.1-ci yarımbənddə “Adı soyadı” sözləri “Adını və soyadını bildirməklə” sözləri ilə əvəz edilsin;

17. aşağıdakı məzmunda 4.6.4-1 - 4.6.4-15-ci yarımbəndlər əlavə edilsin:

“4.6.4-1. yalnız dəqiq və düzgün məlumatlar vermək;

4.6.4-2.          sual və ya müraciət tam aydın olsa belə, müraciət edən şəxsi sözü kəsilmədən dinləmək;

4.6.4-3.         müraciət edən şəxslə mübahisə yaradacaq hər hansı danışıqlardan çəkinmək, nöqsan müraciət edən şəxsdə olduqda belə, sakit bir tərzdə düzgün izahat vermək, qarşı tərəfi günahlandırmamaq;

4.6.4-4.         danışıq zamanı inandırıcı, dəqiq və faktiki vəziyyətə uyğun danışmaq, artıq sözlərdən istifadə etməmək;

4.6.4-5.          istər dəqiqləşdirici suallar verərkən, istərsə də cavabı izah edərkən sadə, aydın və ədəbi dilin qrammatik qaydalarına uyğun cümlələr qurmaq;

4.6.4-6.          mərkəzlərdə baş vermiş xoşagəlməz halla və ya əməkdaşın səbəb olduğu hər hansı bir çətinliklə bağlı müraciət edən şəxsə təəssüf hissi bildirmək;

4.6.4-7.          danışıq zamanı nəzakətli olmaq, pozitiv ünsiyyət qurmaq, səs tonunu yüksəltməmək, sözləri aydın tələffüz etmək və əmr cümlələri qurmamaq;

4.6.4-8.          əsəbi şəxslə danışarkən çətinliyin nədən ibarət olduğunu aydınlaşdırmazdan əvvəl onu sakitləşdirməyə çalışmaq, ona bu halla üzləşdiyi üçün təəssüf hissinin keçirildiyini bildirmək və qarşı tərəfin kobudluğu ilə əlaqədar yarana bilinəcək mümkün münaqişələrdən çəkinmək;

4.6.4-9.          kobudluq edən şəxsə bu cür rəftarın məsələni həll etməyə və çətinliyin səbəblərini müəyyənləşdirməyə mane olduğunu bildirmək, təhqiramiz sözlər işlədən şəxslərə dövlət orqanına müraciət etdiklərini, danışığın qeydə alındığını bir daha xatırlatmaq və ilkin xəbərdarlıq etmək;

4.6.4-10.      bu cür rəftar davam etdikdə mübahisənin öz səhvindən yaranıb - yaranmadığını bir daha dəqiqləşdirmək, müraciət edən şəxsə xəbərdarlıq etməklə əlaqəni kəsmək və dərhal qrup rəhbərinə məlumat vermək;

4.6.4-11.      müraciət edən şəxsin sualları cavablandırıldıqda və ya suallar Dövlət Agentliyinin səlahiyyətlərinə aid olmadıqda, danışığı tələsmədən (lakin əlavə vaxt itirmədən) və nəzakətlə yekunlaşdırmaq;

4.6.4-12.      müraciət edən şəxs danışığı yekunlaşdırmaq istəmədiyi halda bunun səbəblərini müəyyənləşdirmək;

4.6.4-13.     məlumat verilməsinə baxmayaraq, müraciət edən şəxs danışığı yekunlaşdırmaq istəmədikdə müraciət edən şəxsə xəbərdarlıq etməklə danışığı yekunlaşdırmaq;

4.6.4-14.      görüntülü müraciətlərin qəbulu və cavablandırılması zamanı xarici görkəminə görə Dövlət Agentliyinin geyim qaydalarına uyğun və səliqəli olmaq, jest və mimikalardan düzgün istifadə etmək;

4.6.4-15.      Dövlət Agentliyində təşkil edilən təlimlərdə iştirak etmək və təlim nəticəsində mənimsədiyi bilikləri öz işində tətbiq etmək;”;

18. 4.6.5-ci yarımbənddə “3.1 və 3.2-ci bəndlərində” sözləri “3.2.17 və 3.2.18-ci yarımbəndləri və 3.3-cü bəndində” sözləri ilə, “Çağrı” mərkəzi şöbəsinin müdirinə” sözləri “qrup rəhbərinə” sözləri ilə əvəz edilsin;

19. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.1. “Çağrı” mərkəzində xidmətlərin göstərilməsinə ümumi nəzarət - şəxslər tərəfindən edilən müraciətin vaxtı, sualların cavablandırılması forması və tərkibi, habelə canlı ünsiyyət zamanı dəqiq və nəzakət qaydalarına uyğun cavablandırma proqram təminatı sistemi vasitəsilə həyata keçirilir.”;

20. aşağıdakı məzmunda 6-cı hissə (“Çağrı” mərkəzinin fəaliyyəti üzrə statistikanın aparılması) əlavə edilsin:

“6.1. Bu Qaydalara uyğun olaraq daxil olan və qeydiyyata alınmış müraciətlərin statistikası operatorlar tərəfindən aparılır və hesabatların hazırlanması üçün qrup rəhbərinə təqdim edilir.”

6.2.           “Çağrı” mərkəzində xidmətlərin həyata keçirilməsi üzrə aşağıdakı parametrlər üzrə statistik hesabatlar hazırlanır:

6.2.1.          daxil olan və cavablandırılan müraciətlərin sayı (növləri üzrə ayrı-ayrı);

6.2.2.          xidmət üçün növbə tutulması barədə daxil olan müraciətlər (xidmətlər üzrə ayrı-ayrı);

6.2.3.          tərtib edilən və araşdırmaya yönəldilən “Sual vərəqəsi”nin və “Şikayət vərəqəsi”nin sayı (mövzular üzrə ayrı-ayrı);

6.2.4.          səyyar xidmət sifarişlərinin ayrı-ayrı xidmətlər üzrə sayı.

21. Bu Qaydaların 1 və 2 nömrəli Əlavələri müvafiq olaraq 2 və 3 nömrəli Əlavələr hesab edilsin və 1, 4 və 5 nömrəli Əlavələr əlavə edilsin;

22. 2 və 3 nömrəli Əlavələrdə “Telefon” sözündən sonra “(stasionar və mobil)” sözləri, “nömrəsi” sözündən sonra “və e-mail” sözləri əlavə edilsin.

 

 


 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin təşkili Qaydaları”na 1 ¹-li əlavə

 

Zəngli müraciətlərin standart cavablandırılması forması

 

 

 


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin təşkili Qaydaları”na 4 ¹-li əlavə

 

"Çağrı" mərkəzi şöbəsinə daxil olan suallar üzrə Sual vərəqələrinin elektron qeydiyyat jurnalı

 

Müraciət edən şəxs

Müraciət edən şəxsin rekvizitləri

Müraciəti qəbul edən əməkdaş

Müraciətin qəbul edildiyi tarix

Nömrə

Müraciətin aid olduğu dövlət orqanı

Müraciətə baxılmasının nəticəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin təşkili Qaydaları”na 5 ¹-li əlavə

 

 

“Çağrı mərkəzi” şöbəsinə daxil olan şikayətlər üzrə Şikayət vərəqələrinin elektron qeydiyyat jurnalı

 

Müraciət edən şəxs

Müraciət edən şəxsin rekvizitləri

Müraciəti qəbul edən əməkdaş

Müraciətin qəbul edildiyi tarix

Nömrə

Müraciətin aid olduğu dövlət orqanı

Müraciətə baxılmasının nəticəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının “10” aprel 2014-cü il tarixli 1/1-07 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili

Qaydaları

 

1.            Ümumi müddəalar

 

1.1.              Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.1.7-1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Dövlət Agentliyi) tabeliyində olan “ASAN xidmət” mərkəzlərində (bundan sonra –mərkəz) göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkilini və həyata keçirilməsini tənzimləyir.

1.2.              Səyyar xidmətlərin bu Qaydalara uyğun təşkilinə və həyata keçirilməsinə nəzarəti Dövlət Agentliyinin Səyyar xidmətlərin təşkili şöbəsi (bundan sonra – Şöbə) həyata keçirir.[1]

1.3.              Səyyar xidmətlər aşağıdakı iki formada həyata keçirilir:

1.3.1.        səyyar xidmət – fiziki və hüquqi şəxslərin (bundan sonra – sifarişçilər) bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş üsullarla sifariş verməklə mərkəzdə göstərilən xidmətlərdən ödənişli əsaslarla yararlanmasını təmin edən fəaliyyət;

1.3.2.          mobil “ASAN xidmət” – Dövlət Agentliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının regionlarında xüsusi avtobus və digər səyyar xidmət vasitələrində əhalinin mərkəzdə göstərilən xidmətlərdən yararlanmasını təmin edən fəaliyyət.

 

2.            Səyyar xidmətin təşkili və həyata keçirilməsinin ümumi şərtləri

 

2.1.  Səyyar xidmət bilavasitə sifarişçinin sifarişində göstərdiyi ünvanda Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – İnnovasiyalar Mərkəzi) nümayəndələri vasitəsilə, İnnovasiyalar Mərkəzi və sifarişçi arasında bağlanmış səyyar xidmət müqaviləsi (bundan sonra - müqavilə) əsasında həyata keçirilir.

2.2.                Müqavilə bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun 2 (iki) nüsxədə tərtib edilir. Müqavilənin bir nüsxəsi sifarişçiyə, digər nüsxəsi İnnovasiyalar Mərkəzinə və surəti Şöbəyə təqdim edilir.

2.3.                Səyyar xidmət mərkəzin iş qrafikinə uyğun həyata keçirilir. Sifarişçilərin sayının çoxluğunu, ünvanlarının uzaqlığını, habelə bayram və qeyri-iş günlərini nəzərə alaraq gündəlik (həftəlik) səyyar xidmət sayı Şöbə tərəfindən məhdudlaşdırıla bilər.

2.4.           Sifarişçi tərəfindən xidmətin göstərilməsi üçün təhvil verilən sənədlər və ya xidmətin nəticəsi olaraq sifarişçiyə təqdim edilməli olan sənədlər onun yaşayış, iş yerində, habelə olduğu yerdə müvafiq olaraq təhvil götürülə və ya verilə bilər.

2.5.           Xidmət göstərilərkən qanunvericiliyə müvafiq tələb olunan sənədlərdən başqa sənəd (lər) tələb oluna bilməz.

2.6.           Səyyar xidmət üzrə sifarişçilər və (və ya) dövlət orqanı nümayəndələri ilə sənədlərin təhvil-təslim aktı (2 nömrəli əlavəyə uyğun) tərtib edilir. Aktın əsli Şöbəyə, surətləri isə onu imzalamış tərəflərə təqdim edilir.

 

3.            Səyyar xidmət sifarişi vermə üsulları

 

3.1.  Səyyar xidmət sifarişi aşağıda qeyd edilmiş üsullarla verilə bilər:

3.1.1.          “Çağrı” mərkəzinə (108, 9108 nömrələri) zəng etməklə;

3.1.2.          «asan.gov.az» internet saytının «səyyar xidmətlər» bölməsinə daxil olaraq səyyar xidmət sifarişi Formasını doldurmaqla;

3.1.3.          mərkəzə birbaşa müraciət edərək sifarişçi özü və ya nümayəndəsi (qanuni nümayəndəsi) olduğu şəxs üçün səyyar xidmət istəyini bildirərək müvafiq Formanı (3 nömrəli əlavəyə uyğun) doldurmaqla.

3.2.           Bu Qaydalarda nəzərdə tutulmayan üsulla verilən sifariş qəbul edilmir və müraciət etmiş şəxsə sifariş vermə qaydası izah edilir.

3.3.           Səyyar xidmət sifarişi edərkən yalan məlumatlar vermiş və ya xidmətin göstərilməsindən əsassız imtina edən şəxslərə xəbərdarlıq edilir və onlar barədə məlumat xüsusi proqram təminatında qeyd edilir. Bu hal yenidən təkrarlanarsa onlara səyyar xidmət göstərilməsindən imtina olunur.

 

4.            Səyyar xidmət sifarişinin qəbulu və xidmətə hazırlıq tədbirlərinin görülməsi

 

4.1.            Səyyar xidmət sifarişi vermə üsulundan asılı olmayaraq “Çağrı” mərkəzinin operatoru sifarişçi ilə əlaqə saxlayır, sifarişçiyə müvafiq xidmətin göstərilməsi üçün şərtləri (dövlət rüsumu, xidmət haqqı, icra müddəti, tələb olunan sənədlər və s.) izah edir, sifarişçidə olan və xidmət üçün tələb olunan sənədlərin mövcudluğunu öyrənir.

4.2.  Sifarişçinin sifariş etmək istədiyi xidmətin hər hansı bir çatışmazlıq üzündən qəbul edilməsi mümkün olmazsa (məsələn: sifarişçidə müvafiq sənədin olmaması), operator tərəfindən ona bu çatışmazlığı aradan qaldırılması üçün digər xidmətlər təklif olunur.

4.3.  Sifarişçi xidmət şərtləri ilə razılaşdıqda və xidmət üçün tələb olunan sənədlərinin mövcudluğunu bildirdikdə onun haqqında məlumatlar (ad, soyad, ata adı, ünvanı, əlaqə nömrələri, xidmətin göstərilmə yeri və vaxt, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi və s.) öyrənilərək qeyd olunur, sonra operator xüsusi proqram təminatı vasitəsilə xidmətin göstərilməsi üçün uyğun olan vaxtı(tarix və saat) müəyyən edir, vaxtla bağlı sifarişçinin razılığı olarsa sifarişi qəbul edir və sifariş qrafikinə daxil edir.

4.4.           Səyyar xidmət üzrə sifarişçiyə xidmətin xüsusiyyətlərindən asılı olaraq xidmətdən imtina halları barədə məlumat verilir.

4.5.  Səyyar xidmət sifarişi operator tərəfindən qəbul edilərək təsdiqləndikdən sonra mərkəzləşdirilmiş qaydada xüsusi proqram təminatı vasitəsilə Şöbənin məsul əməkdaşına ötürülür.

4.6.  Sifariş Şöbəyə daxil olduqdan sonra sifarişlə bağlı səyyar xidmət göstərəcək əməkdaşlar müəyyən edilir. Hər iş gününün sonunda növbəti iş günü üçün Şöbənin müdiri tərəfindən təsdiqlənən xidmət qrafiki əməkdaşların nəzərinə çatdırılır.

4.7.  Şöbə tərəfindən sifariş üzrə ünvana çıxmazdan əvvəl sifarişin qüvvədə olması dəqiqləşdirilir.

4.8.           Səyyar xidmət üzrə sənədlərin icra müddətinə nəzarət etmək üçün Şöbədə məsul şəxs müəyyən edilir. O, xüsusi proqram vasitəsilə sənədlərin vaxtında icra olunmasına nəzarət edir, hər gün növbəti iş günü hazır olmalı sənədlərin siyahısını proqram vasitəsilə əldə edir və bu barədə müvafiq dövlət orqanı əməkdaşlarını məlumatlandırır.

4.9.  Şöbə tərəfindən xüsusi proqram təminatı vasitəsilə səyyar xidmət avtomobillərinin hərəkət qrafiki izlənilir və yaranmış problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.

 

5.            Səyyar xidmətin növləri və onların aparılma xüsusiyyətləri

 

5.1.        Səyyar xidmətin aşağıdakı növləri var:

5.1.1.          xidmət üçün tələb olunan sənədlərin sifarişçidən təhvil alınması və ona hazır sənədlərin təslim edilməsi;

5.1.2.          xidmət üçün tələb olunan sənədlərin sifarişçidən təhvil alınması;

5.1.3.          hazır sənədlərin sifarişçiyə təslim edilməsi.

5.2.        Bu Qaydaların 5.1.1-ci yarımbəndində qeyd edilmiş səyyar xidmət növü aşağıdakı formada aparılır:

5.2.1.  müvafiq xidmət üzrə tələb olunan sənədlərin təhvil alınması üçün səyyar qrup razılaşdırılmış vaxtda sifarişdə göstərilən ünvana gedir;

5.2.2.        sifarişdə göstərilən ünvana çatdıqda qrup rəhbəri xidməti vəsiqəsini sifarişçiyə göstərməklə özünü və qrup üzvlərini təqdim edir;

5.2.3.        qrup üzvləri təqdim edildikdən sonra sifarişçiyə müvafiq xidmətin şərtləri izah olunur, sifarişçinin sənədlərinin qanunvericilikdə müəyyən edilmiş sənədlərə uyğunluğu yoxlanılır. Sənədlər qaydasında olduqda sifarişçi ilə müqavilə bağlanılır və ödənişlər qəbul edilir;

5.2.4.        müqavilə bağlanıb, ödəniş qəbul edildikdən sonra sənədlər qəbul edilir, xidmət nəticəsində verilməli olan sənədi yerində hazırlamaq mümkündürsə hazırlanaraq sifarişçiyə təqdim edilir, digər hallarda isə hazır sənədlərin sifarişçiyə çatdırılma vaxtı onunla dəqiqləşdirilir və bundan sonra səyyar qrup sifarişçinin ünvanını tərk edir;

5.2.5.     Şöbənin səlahiyyət verilmiş əməkdaşı sənədin hazır olma vaxtında mərkəzin aidiyyəti xidmət bölməsindən sənədi təhvil alaraq sifarişçiyə çatdırılması üçün müvafiq əməkdaşa təqdim edir;

5.2.6.     sənədin çatdırılmasını həyata keçirən əməkdaş sifarişdə göstərilən ünvana çatdıqda xidməti vəsiqəsini sifarişçiyə göstərməklə özünü təqdim edir, sifarişçinin şəxsiyyətini müəyyən etdikdən sonra sənədləri ona təslim edir və sifarişçinin ünvanını tərk edir.

5.3.            Xidmət zamanı həmin ünvanda əlavə müraciət olduqda qrup rəhbəri Şöbəyə zəng edərək həmin ünvanda yeni sifarişin olduğu barədə məlumat verir, Şöbə tərəfindən razılıq verildikdə həmin sifariş təsdiqlənir və müvafiq xidmət göstərilir.

5.4.           Bu Qaydaların 5.1.2-ci yarımbəndində qeyd edilmiş səyyar xidmət növü aşağıdakı formada aparılır:

5.4.1.  müvafiq xidmət üzrə tələb olunan sənədlərin təhvil alınması üçün səyyar qrup qabaqcadan razılaşdırılmış vaxtda sifarişdə göstərilən ünvana gedir;

5.4.2.          sifarişdə göstərilən ünvana çatdıqda qrup rəhbəri xidməti vəsiqəsini sifarişçiyə göstərməklə özünü və qrup üzvlərini təqdim edir;

5.4.3.          qrup üzvləri təqdim edildikdən sonra sifarişçiyə müvafiq xidmətin şərtləri izah olunur, sifarişçinin sənədlərinin qanunvericilikdə müəyyən edilmiş sənədlərə uyğunluğu yoxlanılır. Sənədlər qaydasında olduqda sifarişçi ilə müqavilə bağlanılır və ödənişlər qəbul edilir;

5.4.4.        müqavilə bağlandıqdan sonra qrup üzvləri tərəfindən sənədlər təhvil alınır, sifarişçiyə hazır sənədin təqdim olunma yeri və vaxtı barədə məlumat verilir, qrup sifarişçinin ünvanını tərk edir;

5.4.5.     Xidmət zamanı həmin ünvanda əlavə müraciət olduqda qrup rəhbəri Şöbəyə zəng edərək həmin ünvanda yeni sifarişçinin olduğu barədə məlumat verir, Şöbə tərəfindən razılıq verildikdə həmin sifariş təsdiqlənir və müvafiq xidmət göstərilir.

5.5.        Bu Qaydaların 5.1.3-cü yarımbəndində qeyd edilmiş səyyar xidmət növü aşağıdakı formada aparılır:

5.5.1.          sifariş qəbul edilərkən sifarişçiyə hazır sənədin çatdırılma vaxtı barədə məlumat verilir;

5.5.2.          Şöbənin səlahiyyət verilmiş əməkdaşı sənədin hazır olma vaxtında mərkəzin aidiyyəti xidmət bölməsindən sənədi təhvil alaraq sifarişçiyə çatdırılması üçün müvafiq əməkdaşa təqdim edir;

5.5.3.          əməkdaş sifarişdə göstərilən ünvana çatdıqda xidməti vəsiqəsini sifarişçiyə göstərməklə özünü təqdim edir, sifarişçinin şəxsiyyətini müəyyən edir, sonra sifarişçiyə xidmətin şərtlərini izah edir, sənədlər qaydasında olduqda sifarişçi ilə müqavilə bağlanılır, səyyar xidmət haqqı qəbul edilir və sənədlər ona təslim edilir.

5.6.           Səyyar xidmətin həyata keçirilməsi haqqında şikayət və təkliflərini çatdırması üçün sifarişçiyə məmnunluq anketinin (4 nömrəli əlavəyə uyğun) doldurulması təklif edilir. Sifarişçi tərəfindən doldurulmuş məmnunluq anketi zərfə qoyulur və Şöbəyə təqdim edilir.

 

6.            Səyyar xidmət qrupunun tərkibi

 

6.1.           Səyyar qrupun tərkibi və üzvlərin sayı bu Qaydaların 6.2-ci bəndi nəzərə alınmaqla Şöbə tərəfindən müəyyən edilir və dəyişdirilir.

6.2.           Xidmət xüsusiyyətlərindən asılı olaraq səyyar qrupun tərkibi aşağıdakı şəxslərdən formalaşdırılır:

6.2.1.          Dövlət Agentliyinin əməkdaşı - səyyar qrupun rəhbəri;

6.2.2.          İnnovasiyalar Mərkəzinin əməkdaşları;

6.2.3.          müvafiq xidmətlər üzrə dövlət orqanlarının əməkdaşları;

6.2.4.          notarius;

6.2.5.          funksional yardımçı xidmətlərin əməkdaşları.

6.3.           Səyyar qrupun rəhbəri aşağıdakı səlahiyyətləri həyata keçirir:

6.3.1.          sifariş ünvanına çıxmazdan əvvəl qrup üzvlərini təlimatlandırır və onların xidmətə hazır olmasını yoxlayır;

6.3.2.          səyyar xidmət avadanlığının tam və xidmətə yararlı olmasına nəzarət edir;

6.3.3.          müvafiq qrup üzvlərinə maddi-texniki təchizat və digər ləvazimatın xidmətə yararlığı aktını (5 nömrəli əlavəyə uyğun) imzaladır;

6.3.4.          səyyar xidmətin həyata keçirilməsi zamanı müvafiq qeydlər aparır;

6.3.5.          tam olmayan sənədlərin tamamlanması ilə bağlı sifarişçiyə kömək edir;

6.3.6.          sifarişçinin xidmətlə bağlı irad və təkliflərini dinləyir, məmnunluq anketinin doldurulmasını sifarişçiyə təklif edir;

6.3.7.          xidmətin qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarət edir;

6.3.8.          xidmət zamanı yaranmış problemlər və xidmətin nəticəsi barədə xidmətdən dərhal sonra Şöbəyə məlumat verir, lazımi sənədləri təqdim edir;

6.3.9.          xidmətin həyata keçirilməsi üçün digər tədbirlər görür.

6.4.           Səyyar qrupun digər üzvləri səlahiyyətləri daxilində aidiyyəti xidmətin həyata keçirilməsini təmin edirlər.

6.5.           Səyyar qrup üzvləri mərkəzin işçiləri üçün müəyyən edilən vahid geyim formasında fəaliyyət göstərir.

6.6.           Xidmət keyfiyyətinin yüksəldilməsi üçün səyyar qrup üzvləri müxtəlif təlimlərə (səyyar xidmətin hüquqi əsasları, etik-davranış, ünsiyyət texnikası və s.) cəlb edilirlər.

6.7.  Səyyar qrup müvafiq xidmətin həyata keçirilməsi üçün maddi-texniki təchizat vasitələri və digər avadanlıqlarla təmin olunur.

 

7.            Səyyar xidmət üzrə ödənişlər

 

7.1.                Səyyar xidmət üzrə ödənişlər və onların əsasları aşağıdakılardan ibarətdir:

7.1.1.          “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən müvafiq xidmət üzrə - dövlət rüsumu;

7.1.2.          “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə - haqq;

7.1.3.          Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Qərarı ilə müəyyən edilən müvafiq xidmət üzrə - xidmət haqqı;

7.1.4.          İnnovasiyalar Mərkəzi tərəfindən bilavasitə səyyar xidmətin təşkili üçün müəyyən edilmiş xidmət haqqı - əlavə ödəniş.

7.2.                Sifarişçidən ödənişlər aşağıdakı üsullarla qəbul edilir:

7.2.1.          POS-terminal vasitəsilə;

7.2.2.          kassa mədaxil orderi vasitəsilə;

7.2.3.          ödəniş sistemləri vasitəsilə (on-line).

7.3.           Bu Qaydaların 5.1.1 və 5.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş səyyar xidmət növləri həyata keçirilərkən ödənişlər sənədlərin sifarişçi tərəfindən təhvil verilməsi ilə birlikdə həyata keçirilir.

7.4.           Bu Qaydaların 5.1.3-cü yarımbəndində nəzərdə tutulmuş səyyar xidmət növü həyata keçirilərkən əlavə ödəniş sifariş zamanı və ya hazır sənədin təslim alınması zamanı aparılır.

7.5.           Səyyar xidmət zamanı sifarişçidən xidmətlərlə bağlı cərimə ödənişləri qəbul edilir.

7.6.           Sifarişçiyə ödənişin qarşılığında ödəniş edilməsini təsdiq edən sənəd təqdim edilir.

7.7.           Səyyar xidmət aşağıda qeyd edilmiş şəxslər üçün əlavə ödəniş aparılmadan həyata keçirilir:

7.7.1.  kənardan qulluğa və yardıma ehtiyacı olan I qrup əlillər (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş əlillik vəsiqəsinə əsasən müəyyən edilir);

7.7.2.  sağlamlıq imkanları məhdud uşaqlar (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı”nda olan məlumatlara əsasən müəyyən edilir).

 

8.            Səyyar xidmət üzrə statistikanın aparılması

 

8.1.           Bu Qaydalara uyğun olaraq daxil olan və təsdiqlənmiş səyyar xidmət sifarişlərinin statistikası Şöbənin məsul şəxsləri tərəfindən aparılır.

8.2.           Şöbə xidmətlərin həyata keçirilməsi üzrə aşağıdakı parametrlər üzrə statistik hesabatlar hazırlayır:

8.2.1.          səyyar xidmət sifarişlərinin sayı (üsul və növləri üzrə ayrı-ayrı);

8.2.2.          ödənişlərin məbləği;

8.2.3.          səyyar xidmət sifarişi təmin edilənlərin və təmin edilməyənlərin sayı;

8.2.4.          səyyar xidmət sifarişi təmin edilənlərdən məmnunluq anketini dolduran və doldurmayanların sayı;

8.2.5.          səyyar xidmət sifarişi təmin edilməyənlərlə bağlı səbəblərin və problemlərin qruplaşdırılması;

8.2.6.          səyyar xidmət sifarişlərinin ayrı-ayrı xidmətlər üzrə sayı;

8.2.7.          sifarişçilərdən səyyar xidmətlərin təkmilləşdirilməsi üzrə daxil olan təkliflərin ümumiləşdirilmiş nəticəsi;

8.2.8.          xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlmiş digər parametrlər üzrə.

 

9.            Mobil “ASAN xidmət”in təşkili və həyata keçirilməsi

 

9.1.        Mobil “ASAN xidmət”in təşkili üçün Şöbə tərəfindən qabaqcadan xidmətin həyata keçiriləcəyi yerlər və günlər müəyyənləşdirilir.

9.2.        Müvafiq avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar müəyyən olunmuş yerlərə yollanır və xidmətlərin birbaşa həyata keçirilməsi üçün nəzərdə tutulmuş məkanlarda yerləşdirilir.

9.3.        Xidmətdə iştirak edəcək qrupun tərkibi və qrup rəhbəri (Dövlət Agentliyinin əməkdaşlarından biri) xidmət gününə ən azı 3 gün qalmış Şöbə tərəfindən hazırlanmış təqdimata əsasən Dövlət Agentliyinin sədrinin əmri ilə təsdiq edilir.

9.4.        Mobil “ASAN xidmət” qrupunun tərkibi aşağıdakı şəxslərdən formalaşdırılır:

9.4.1.          Dövlət Agentliyinin əməkdaşları;

9.4.2.          müvafiq xidmətlər üzrə dövlət orqanlarının əməkdaşları;

9.4.3.          funksional yardımçı xidmətlərin əməkdaşları;

9.4.4.          texniki heyət (qrup rəhbərinə tabe olan - texniki rəhbər, sürücülər, İT əməkdaşları, təmizlik xidməti əməkdaşları).

9.5.  Xidmətlərin həyata keçirilməsi üçün qrup üzvləri Mobil “ASAN xidmət” mərkəzinin yerləşdiyi yerlərə ezam edilir.

9.6.  Xidmətə başlamadan əvvəl Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsi tərəfindən ölkə və yerli kütləvi informasiya vasitələrində xidmətin həyata keçiriləcəyi yer və müddəti barədə əhaliyə ətraflı məlumat verilməsi təmin edilir.[2]

9.7.  Mobil “ASAN xidmət”ə müraciət etmək istəyən şəxs şəxsiyyətini təsdiq edən sənədlə həmin yerə gəlməklə orada quraşdırılmış elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçir (növbə götürür), avtobuslarda və digər səyyar xidmət vasitələrində yerləşdirilmiş xidmət yerinə yaxınlaşır və zəruri sənədləri aidiyyəti dövlət orqanının nümayəndəsinə təqdim edir.

9.8.           Aidiyyəti dövlət orqanının nümayəndəsi təqdim edilmiş sənədlərin qanunauyğunluğunu və tamlığını yoxlayaraq yerində xidmət göstərir.

9.9.           Əgər sənədin yerində verilməsi mümkün olmazsa sənədlər xidməti həyata keçirən müvafiq dövlət orqanının yerli qurumuna göndərilir və müraciət etmiş şəxs növbəti mərhələlər barədə ətraflı məlumatlandırılır.

9.10.    Mobil “ASAN xidmət” xidmətə(qeyri iş günləri olan bayram günləri istisna olmaqla) saat 10:00-da başlayır 18:00-da bitirir. Saat 14:00-dan 15:00-dək nahar fasiləsi müəyyən edilir.

9.11.    Mobil “ASAN xidmət”in fəaliyyətinə mane olan fövqəladə hallar baş verdikdə xidmətin göstərilməsi dayandırılır.

9.12.    Mobil “ASAN xidmət” həyata keçirilərkən xidmət üçün müraciət edən şəxslərin sənədlərinin hazırlanması, vətəndaş axınının idarə olunması və digər texniki işlərin görülməsi üçün yerli əhalidən xidmət prosesinə könüllülər cəlb olunur. Xidmətə cəlb edilməmişdən qabaq qrup rəhbəri könüllülərlə görüş keçirir, onları təlimatlandırır. Xidmət zamanı fərqlənmiş könüllülər sertifikatla təltif olunurlar.

9.13.    Mobil “ASAN xidmət” vasitəsilə göstərilən xidmətlər qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

9.14.    Xidmət keyfiyyətinin müəyyən edilməsi üçün müraciət etmiş şəxslər arasında sorğular keçirilir. Sorğunun nəticələri Şöbəyə təqdim edilir.

 

10.         Mobil “ASAN xidmət” qrup üzvlərinin vəzifələri

 

10.1.       Mobil “ASAN xidmət” qrup rəhbəri:

10.1.1.          qrup üzvləri ilə əlaqə saxlayır, onlara lazımi tapşırıqlar və məlumatlar verir;

10.1.2.          qrup üzvləri üçün ezam müddəti ərzində yaşayış yerinin təmin edilməsi üçün tədbirlər görür;

10.1.3.          xidmətlə bağlı müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının məsul şəxsi ilə əlaqə saxlayır;

10.1.4.          səyyar xidmətdə iştirak etmək üçün müraciət edən könüllülərlə görüş keçirir, onlara təlim keçirilməsini təmin edir;

10.1.5.          qrup üzvlərinin, könüllülərin intizamına, geyim formasına və xidməti davranışına nəzarət edir;

10.1.6.          sənədlərin icra müddətinə nəzarət edir;

10.1.7.          müraciət etmiş şəxsləri qəbul edir;

10.1.8.          xidmət dövründə yaranmış problemlər barədə Şöbəyə məlumat verir;

10.1.9.          gündəlik və xidmətin sonunda ümumi hesabatın hazırlanmasını, Şöbəyə göndərilməsini təmin edir;

10.1.10.           əməkdaşlar arasında əlaqələndirməni təmin etmək məqsədilə tədbirlər görür;

10.1.11.          xidmətin həyata keçirilməsindən irəli gələn digər tədbirləri görür.

10.2.    Texniki rəhbər:

10.2.1.          səyyar avtobusun müəyyən edilmiş yerdə yerləşdirilməsini təmin edir;

10.2.2.          xidmət üçün nəzərdə tutulmuş avadanlıqların xidmətə yararlı formada qurulmasına nəzarət edir;

10.2.3.      səyyar avtobusa və digər qurğulara elektrik enerjisinin verilməsini təşkil edir;

10.2.4.          internetin, optik kabelin və digər əlaqə xətlərinin çəkilməsinə nəzarəti həyata keçirir;

10.2.5.      səyyar avtobusun və digər qurğuların mühafizəsini təşkil edir;

10.2.6.          xidmət ərazisinin təmiz və səliqəli olmasına, təmizlik xidmətinin işçilərinin fəaliyyətinə nəzarət edir;

10.2.7.          xidmət üçün lazımi dəftərxana və digər ləvazimatların təmin edilməsi üçün qrup rəhbərinə məlumat verir;

10.2.8.          xidmətin təşkili ilə bağlı yaranmış texniki problemlər barədə qrup rəhbərinə məlumat verir;

10.2.9.          xidmət yerində əməyin mühafizəsi ilə bağlı tədbirlər görür;

10.2.10.           xidmətin həyata keçirilməsindən irəli gələn digər texniki tədbirlər görür.

10.3.            Xidmət üzrə digər qrup üzvləri:

10.3.1.          onlara həvalə edilmiş vəzifələri və qrup rəhbərinin xidmətlə bağlı verdiyi tapşırıqları yerinə yetirirlər;

10.3.2.          xidmət vaxtı və xidmət yerində müraciət edən şəxslərə xidmət göstərirlər;

10.3.3.          xidmətlərin həyata keçirilməsi ilə bağlı yaranmış problemlər barədə dərhal qrup rəhbərinə məlumat verirlər;

10.3.4.          xidmətləri geyim qaydalarına riayət etməklə həyata keçirirlər;

10.3.5.          xidmətləri nəzakətlilik, obyektivlik və operativlik prinsipləri əsasında həyata keçirirlər;

10.3.6.          müəyyən olunmuş vaxtda xidmət yerlərində olurlar;

10.3.7.          zərurət yaranarsa qrup rəhbərinin göstərişi əsasında əlavə işlər görürlər.

10.4.            Xidmət keyfiyyətinin yüksəldilməsi üçün qrup üzvləri müxtəlif təlimlərə (səyyar xidmətlərin hüquqi əsasları, etik-davranış, ünsiyyət texnikası və s.) cəlb edilirlər.

 


 

Səyyar xidmət müqaviləsinin nümunəvi forması [3]

Səyyar xidmət

MÜQAVİLƏSİ ¹___

 

İmzalandığı yer:____________

 

 

 

“___”_______ ___ 201___ il

Nizamnamə əsasında fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC, onun direktoru (və ya vəkalətli nümayəndəsi)______________________________________________________________şəxsində (bundan sonra – “İcraçı”) bir tərəfdən və___________________________________________ şəxsində (bundan sonra – “Sifarişçi”) digər tərəfdən (birlikdə “İcraçı” və “Sifarişçi” “Tərəflər” adlandırılacaq) aşağıdakılar barədə razılığa gələrək bu müqaviləni imzaladılar:

1. Müqavilənin predmeti

Sifarişçi sifariş edir, İcraçı isə hazırkı müqavilədə göstərilmiş şərtlərlə

________________________________________________________________________________________xidməti üzrə,

______________________________________________________________________________________________________

_____________________________________________________________________________________üzərinə götürür.

2. Müqavilənin müddəti

Bu Müqavilə Tərəflər imzaladığı andan qüvvəyə minir və müqavilədə nəzərdə tutulan xidmətin icrası başa çatanadək və ya xitam verilənədək qüvvədədir.

3. Göstərilən xidmətlər üzrə ödənişlər

3.1. Göstərilən xidmətlər üzrə ödəniləcək məbləğlər:

3.1.1. dövlət rüsumu __________ (yazı ilə:____________________________________________________) manat;

3.1.2. müvafiq xidmət üzrə xidmət haqqı (haqq) ______ (yazı ilə:____________________________) manat;

3.1.3. səyyar xidmət üzrə xidmət haqqı (əlavə ödəniş)______ (yazı ilə:_______________________) manat;

3.1.4. digər ödənişlər _________ (yazı ilə:____________________________________________________) manat.

3.2. Bu Müqavilə ilə nəzərdə tutulmuş ödənişlər müqavilə imzalandıqdan dərhal sonra İcraçıya ödənilir.

Qeyd: Dövlət rüsumu və ya xidmət haqqı (digər ödənişlər) nəzərdə tutulmadığı halda “yazı ilə” hissəsində “yoxdur” sözü yazılmalıdır.

4. Tərəflərin hüquq və vəzifələri

4.1. Sifarişçi:

4.1.1. bu Müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri və məlumatları icraçıya verir;

4.1.2. icraçının xidmətinin bu Müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul edir;

4.1.3. müvafiq xidmət üzrə ödənişləri bu Müqavilənin 3-cü hissəsində nəzərdə tutulmuş qaydada ödəyir;

4.1.4. xidmətin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb edə bilər.

4.2. İcraçı:

4.2.1. bu Müqavilənin 1-ci hissəsində göstərilmiş xidməti tam keyfiyyətlə və vaxtında yerinə yetirir;

4.2.2. xidmətin icrası ilə əlaqədar digər şəxslərin müstəsna hüquqlarını pozmamağı öz üzərinə götürür;

4.2.3. zərurət olduğu hallarda xidmətin icrasına üçüncü şəxsləri cəlb edə bilər;

4.2.4. gördüyü əlavə işlərin (xidmətlərin) haqqının ödənilməsini tələb edə bilər.

4.3. Tərəflərdən hər biri bu Müqavilə bağlanarkən və bu Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı onlara məlum olmuş şəxsi və ailə həyatının sirrinə dair, həmçinin qanunvericiliklə məxfi hesab edilən digər məlumatları heç bir vəchlə yaymamaq barədə öz üzərilərinə öhdəlik götürürlər.

5. Tərəflərin məsuliyyəti

5.1. Bu Müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə bu Muqavilədə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyırlar.

5.2. Tərəflərin məsuliyyəti bu Müqavilədə qeyd edilmiş müddəalar çərçivəsində məhdudlaşır.

6. Müqavilənin şərtlərinin dəyişdirilməsi və müqaviləyə xitam verilməsi

6.1. Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi Tərəflərin razılığı ilə baş verir və bu barədə müqaviləyə əlavələr edilir.

6.2. Müqaviləyə aşağıdakı hallarda xitam verilir:

6.2.1. Tərəflər öz öhdəliklərini yerinə yetirmədikdə;

6.2.2. Tərəflər Müqaviləyə xitam verilməsi barədə razılıq əldə etdikdə;

6.2.3. Fors major hadisəsi baş verdikdə.

7. Fors major

7.1. Fors major dedikdə Tərəflərin iradəsindən asılı olmayaraq baş verən və inkişaf edən, onların və ya onlardan birinin Müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsini qeyri-mümkün edən aşağıdakı hadisə və hallar nəzərdə tutulur:

7.1.1. hərbi akt, hərbi müdaxilə, silahlı münaqişə, embarqo, terror aktı, hərbi vəziyyətin elan olunması, birgə fəaliyyətin davam etdirilməsinə mane olan dövlət orqanının qərarı və s. bu kimi hadisələr;

7.1.2. təbii qəzalar (ildırım, zəlzələ, yer sürüşməsi, sunami, daşqın və s.);

7.1.3. texnogen qəzalar (yanğın, partlayış, kimyəvi zəhərlənmə və s.).

7.2. Müqavilə üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı Tərəflərin hüquqi münasibətlərdə olduqları şəxslərin hərəkətləri Fors major hesab edilmir.

7.3. Fors major hadisəsinə məruz qalan Tərəf digər Tərəfi Fors major hadisəsi baş verdikdən 5 (beş) iş günü müddətində yazılı surətdə xəbərdar edir.

7.4. Fors major hadisəsi 1 (bir) aydan çox davam etdikdə 6.2.3-cü bəndə uyğun olaraq Müqaviləyə xitam verilir.

7.5. Fors major hadisəsi dövründə Tərəflər Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.

8. Xüsusi şərtlər

8.1. İcraçı bu Müqavilədə göstərilmiş xidmət üzrə öhdəliklərini təqsirli olaraq yerinə yetirmədən müqaviləyə xitam verdiyi halda Sifarişçidən aldığı ödənişləri geri qaytarır.

8.2. Sifarişçinin yanlış məlumat verməsi, saxta sənədlər təqdim etməsi və qanunvericiliklə ona sənədlərin verilməsini istisna edən hallar aşkar edildikdə, həmçinin Sifarişçi xidmət yerinə yetirilənədək müqaviləyə xitam verdiyi halda, İcraçıya ödənilmiş səyyar xidmət üzrə xidmət haqqı geri qaytarılmır.

8.3. Xidmətin icrası ilə bağlı Sifarişçi tərəfindən İcraçıya sənədlərin təqdim edilməsi, habelə xidmətin icrası nəticəsində əldə olunanların Sifariş verənə verilməsi Tərəflər arasında imzalanan səyyar xidmət üzrə sənədlərin təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

8.4. Hazır sənədin xidmət göstərilən şəxsin xahişinə əsasən digər şəxsə təhvil verilməsi nəzərdə tutularsa (adı, soyadı, ata adı, ünvanı, əlaqə nömrəsi):______________________________________________

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________

8.5. Digər xüsusi şərt: _______________________________________________________________________________

_____________________________________________________________________________________________________

9. Mübahisələrin həlli

9.1. Bu Müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilir.

9.2. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar məhkəmə qaydasında həll olunur.

10. Yekun müddəalar

10.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və onun əsasında tərtib olunmuşdur.

10.2. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib olunur. Nüsxələrin biri Sifarişçiyə təqdim edilir, digər nüsxəsi isə İcraçıda qalır.

10.3. Bu Müqavilə ______ səhifədən ibarətdir.

 

 

 

 

 

TƏRƏFLƏRİN REKVİZİTLƏRİ:

İcraçı:

 

Sifarişçi:

_____________________

M.Y.

 

_________________

M.Y.


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”na 2 nömrəli Əlavə

 

 

Səyyar xidmət üzrə sənədlərin

TƏHVİL-TƏSLİM AKTI

 

 

       ________(yer)                                                                                 «___»  _________ 2014-cü il

 

Biz aşağıda imza edənlər:

 

-   bir tərəfdən «Təhvil verən» adlandırılacaq,

_______________________________________________________________________________________________

_______________________________________________________________________________________________

 

-   digər tərəfdən «Təhvil alan» adlandırılacaq,

_______________________________________________________________________________________________

_______________________________________________________________________________________________

 

bu aktı imzalamaqla təsdiq edirik ki, Təhvil verən adları aşağıda göstərilən sənədləri təhvil verdi, Təhvil alan isə onları təhvil aldı:

_______________________________________________________________________________________________

_______________________________________________________________________________________________

_______________________________________________________________________________________________

_______________________________________________________________________________________________

 

 

Aktın doğruluğunu imzamızla təsdiq edirik.

 

Təhvil verdi:                                                       imza:___________

Təhvil aldı:                                                          imza:___________

 

 

 

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”na 3 nömrəli Əlavə

 

 

 

Səyyar xidmət sifarişi etmə formasının nümunəsi

 

Sifarişçinin

adı, soyadı, ata adı

Ünvanı və əlaqə nömrəsi

Sifariş edilmiş xidmət

Sifariş növü

Qeyd

 

 

 

 

 

 

 

 

Təhvil alma və təslim etmə

 

Təhvil alma

 

Təslim etmə

 

 

 

Formanı dolduran şəxsin adı, soyadı:

 

İmza:

 

Tarix:

 

____________________________________________________________________________________________

·         Səlahiyyətli şəxs tərəfindən doldurulan hissə

 

Sifarişin qeydiyyat nömrəsi

Sənədlərin qəbul günü

Sənədlərin təslim günü

Qeydlər

 

 

 

 

 

 

 

Səlahiyyətli şəxsin adı, soyadı:

 

İmza:

 

Tarix:

 

 

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”na 4 nömrəli Əlavə

 

 

Məmnunluq anketi

 

Ad, soyad, ata adı

 

Telefon nömrəsi

 

Səyyar xidmətin növü

 

Səyyar qrupun fəaliyyətinin qiymətləndirilməsi (1-10 arası bir rəqəmlə)

 

 

Təklif:_________________________________________________________________________________________

_______________________________________________________________________________________________

_______________________________________________________________________________________________

_______________________________________________________________________________________________

_______________________

 

Şikayət:_______________________________________________________________________________________

_______________________________________________________________________________________________

_______________________________________________________________________________________________

______________________

 

 

Tarix:

 

İmza:

 

 

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”na 5 nömrəli Əlavə

 

 

Səyyar xidmətlər üzrə texniki-təchizat avadanlığının xidmətə yararlılığı

 

A K T I

 

 

  ________                                                                                        «___» __________2014-cü il

 

 

Biz aşağıda imza edənlər:____________________________________________________________________

_______________________________________________________________________________________________

_______________________________________________________________________________________________

_______________________________________________________________________________________________

 

bu aktı imzalamaqla təsdiq edirik ki, xidmət üzrə texniki-təchizat avadanlıqları xidmətə hazır vəziyyətdədir.

 

Aktın doğruluğunu imzalarımızla təsdiq edirik.

 

 

 

Vəzifə: ___________________________                           Vəzifə: ___________________________

 

 

___________________________________                                      ___________________________________

          (soyadı, adı, atasının adı)                                                                      (soyadı, adı, atasının adı)

 

 

 

İmza: ________________

 

İmza: ________________

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             22 oktyabr 2014-cü il 1/1-10 nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201410221110, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 noyabr 2014-cü il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 22 oktyabr 2014-cü il 1/1-10 nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201410221110, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 noyabr 2014-cü il) ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”nın 1.2-ci bənddə “xidmətin” sözü “xidmətlərin” sözü ilə əvəz edilmişdir.

[2] 22 oktyabr 2014-cü il 1/1-10 nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201410221110, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 noyabr 2014-cü il) ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”nın 9.6-cı bənddə “Beynəlxalq və ictimai əlaqələr” sözləri “İnformasiya təminatı” sözləri ilə əvəz edilmişdir.

[3] 22 oktyabr 2014-cü il 1/1-10 nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201410221110, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 noyabr 2014-cü il) ilə 1 nömrəli əlavə (Səyyar xidmət müqaviləsinin nümunəvi forması) yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”na 1 nömrəli Əlavə

 

Səyyar xidmət müqaviləsinin nümunəvi forması

 

Səyyar xidmət

MÜQAVİLƏSİ ¹___

 

Bakı şəhəri,                                                                                           “___”___________ 201__ il

 

Nizamnamə əsasında fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC, onun direktoru (və ya vəkalətli nümayəndəsi)_____________________________________________________________________şəxsində (bundan sonra – “İcraçı”) bir tərəfdən və _________________________________________________şəxsində (bundan sonra – “Sifarişçi”) digər tərəfdən (birlikdə “İcraçı” və “Sifarişçi” “Tərəflər” adlandırılacaq) aşağıdakılar barədə razılığa gələrək bu müqaviləni imzaladılar:

 

1.       Müqavilənin predmeti

 

Sifarişçi sifariş edir, İcraçı isə hazırkı müqavilədə göstərilmiş şərtlərlə _______________________________________________________________________________________xidməti üzrə,

_______________________________________________________________________________________________________

____________________________________________________________________________________üzərinə götürür.

 

2.       Müqavilənin müddəti

 

Müqavilə Sifarişçi tərəfindən imzalandığı gündən qüvvəyə minir və müqavilədə nəzərdə tutulan xidmətin icrası başa çatanadək qüvvədədir.

 

3.       İcraçıya ödənilən xidmət haqqı və dövlət rüsumunun məbləği, ödənilməsi qaydası.

 

3.1. İcraçıya ödəniləcək məbləğlər:

3.1.1. dövlət rüsumu ____ (yazı ilə:__________________________________________________________) manat;

3.1.2. müvafiq xidmət üzrə xidmət haqqı və (və ya) haqq ______________________________________ (yazı ilə:_____________________________________________________________________________________) manat;

3.1.3. səyyar xidmət üzrə xidmət haqqı (əlavə ödəniş)______________________________________________ (yazı ilə:____________________________________________________________________________________) manat;

3.1.4. digər ödənişlər _____ (yazı ilə:________________________________________________________ ) manat.

3.2. Bu Müqavilə ilə nəzərdə tutulmuş ödənişlər müqavilə imzalanadək İcraçıya ödənilir.

 

Qeyd: rüsum və ya xidmət haqqı (digər ödənişlər) nəzərdə tutulmadığı halda “yazı ilə” hissədə “yoxdur” sözü yazılmalıdır.

 

4.       Tərəflərin hüquq və vəzifələri

 

4.1. Sifarişçi:

- bu müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri və məlumatları icraçıya verməyi;

- icraçının işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etməyi;

- müvafiq xidmət üzrə ödənişləri bu müqavilənin 3-cü hissəsində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür.

4.2. Sifarişçi işin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüququna malikdir.

4.3. İcraçı:

- hazırkı müqavilənin 1-ci hissəsində göstərilmiş işləri Sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini;

- bu tapşırığın icrası ilə əlaqədar digər şəxslərin müstəsna hüquqlarını pozmamağı öz üzərinə götürür.

4.4. İcraçı:

- zərurət olduğu hallarda tapşırığının icrasına üçüncü şəxsləri cəlb etmək;

- gördüyü əlavə işlərin haqqının ödənilməsini tələb etmək hüququna malikdir.

4.5. Tərəflərdən hər biri hazırkı Müqavilə bağlanarkən və bu Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı onlara məlum olmuş məxfi informasiyanı heç bir vəchlə yaymamaq barədə öz üzərilərinə öhdəlik götürürlər.

 

5.       Tərəflərin məsuliyyəti

 

5.1. Bu Müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə hüquqi məsuliyyət daşıyırlar.

5.2. Ziyanın məbləği Tərəflərin razılığı əsasında müəyyənləşdirilir. Bu mümkün olmadıqda, ziyanın məbləği müstəqil auditor tərəfindən müəyyənləşdirilir.

 

6. Müqavilənin şərtlərinin dəyişdirilməsi, müqaviləyə xitam verilməsi

 

6.1. Müqavilənin şərtlərinin dəyişdirilməsi Tərəflərin razılığı ilə baş verir və bu barədə onlar arasında müvafiq müqavilə imzalanır.

6.2. Müqaviləyə aşağıdakı hallarda xitam verilir:

6.2.1. Tərəflər öz öhdəliklərini yerinə yetirmədikdə;

6.2.2. Tərəflər Müqaviləyə xitam verilməsi barədə razılıq əldə etdikdə;

6.2.3. Fors Major hadisəsi baş verdikdə.

 

7. Fors major

 

7.1. Fors Major dedikdə Tərəflərin iradəsindən asılı olmayaraq baş verən və inkişaf edən, onların və ya onlardan birinin Müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsini qeyri-mümkün edən aşağıdakı hadisə və hallar nəzərdə tutulur:

7.1.1. hərbi akt, hərbi müdaxilə, silahlı münaqişə, embarqo, terror aktı, hərbi vəziyyətin elan olunması, birgə fəaliyyətin davam etdirilməsinə mane olan dövlət orqanının qərarı və s. bu kimi hadisələr;

7.1.2. təbii qəzalar (ildırım, zəlzələ, yer sürüşməsi, sunami, daşqın və s.);

7.1.3. texnogen qəzalar (yanğın, partlayış, kimyəvi zəhərlənmə və s.).

7.2. Müqavilə üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı Tərəflərin hüquqi münasibətlərdə olduqları şəxslərin hərəkətləri Fors Major hesab edilmir.

7.3. Fors Major hadisəsinə məruz qalan Tərəf digər Tərəfi Fors Major hadisəsi baş verdikdən 5 (beş) iş günü müddətində yazılı surətdə xəbərdar edir.

7.4. Fors Major hadisəsi 1 (bir) aydan çox davam etdikdə 6.2.3-cü bəndə uyğun olaraq Müqaviləyə xitam verilir.

7.5. Fors Major hadisəsi dövründə Tərəflər Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.

 

8. Xüsusi şərtlər

 

8.1. İcraçı bu Müqavilədə göstərilmiş xidmət üzrə öhdəliklərini yerinə yetirmədən müqaviləyə xitam verdiyi halda Sifarişçidən aldığı ödənişləri geri qaytarır.

8.2. Sifarişçi xidmət yerinə yetirilənədək müqaviləyə xitam verdiyi halda, İcraçıya ödənilmiş səyyar xidmət üzrə xidmət haqqı geri qaytarılmır. Bu vaxt Sifarişçi xidmətin icrası ilə bağlı çəkilmiş xərcləri ödəməlidir.

8.3. Xidmətin icrası ilə bağlı Sifarişçi tərəfindən İcraçıya sənədlərin təqdim edilməsi, habelə xidmətin icrası nəticəsində əldə olunanların Sifariş verənə verilməsi Tərəflər arasında imzalanan səyyar xidmət üzrə sənədlərin təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

 

9. Mübahisələrin həlli

 

9.1. Müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilir.

9.2. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar məhkəmə qaydasında həll olunur.

 

10. Yekun müddəalar

 

10.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və onun əsasında tərtib olunmuşdur.

10.2. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib olunur. Nüsxələrin biri Sifarişçiyə təqdim edilir, digər nüsxəsi isə İcraçıda qalır.

10.3. Bu Müqavilə 3 (üç) səhifədən ibarətdir.

 

 

TƏRƏFLƏRİN REKVİZİTLƏRİ:

 

İcraçı:                                                                                      Sifarişçi:

 

_________________                                                                  _________________

M.Y.                                                                                     M.Y.