AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

17.03.2014

Qeydiyyat nömrəsi

05/1

Adı

“Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

05.04.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.080

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201403170051

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

04.04.2014

 

 

Mərkəzi Bankın İdarə Heyətinin 2013-cü il 17 sentyabr tarixli 19/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə Mərkəzi Bankın İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 44.3-cü maddələrinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1. “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişiklik təsdiq edilsin (əlavə olunur);

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

 

Sədr                                                                                                                                 Elman Rüstəmov

 

 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 05/1

17 mart 2014-cü il

 

 

“Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişiklik

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2013-cü il 17 sentyabr tarixli 19/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”a aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:

“1.6. Qrant verilməsi və ya alınması ilə bağlı nağdsız hesablaşma və pul köçürməsi əməliyyatları yalnız qrant verilməsi və ya alınması haqqında hər bir müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən sənəd təqdim olunduqda aparılır.”.