AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

17.03.2014

Qeydiyyat nömrəsi

05/2

Adı

“Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

05.04.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.080

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201403170052

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

04.04.2014

 

 

Mərkəzi Bankın İdarə Heyətinin 2012-ñi il 3 dekabr tarixli 29/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə və “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə Mərkəzi Bankın İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 44.4-cü maddələrinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1. “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur);

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr                                                                                        Elman Rüstəmov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 05/2

“17” mart 2014-cü il

 

 

“Banklarda hesabların açılması, aparılması və bağlanması

Qaydaları”nda dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012-ñi il 3 dekabr tarixli 29/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.6-1-ci bənd əlavə edilsin:

“1.6-1. Rezidentlərin və qeyri-rezidentlərin bank hesabları üzrə qrant verilməsi və ya alınması ilə bağlı əməliyyatlar yalnız qrant verilməsi və ya alınması haqqında hər bir müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən sənəd təqdim olunduqda aparılır.”;

2. 3.1.6-cı yarımbəndin “Qeyd” hissəsi üzrə:

2.1. 2-ci abzasda “pasport” sözündən sonra “, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi” sözləri əlavə edilsin;

2.2. 3-cü abzasda “vəsiqəsi” sözündən sonra “, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi” sözləri əlavə edilsin;

2.3. 4-cü abzas ləğv edilsin.