AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: QANUN
Qəbul edildiyi tarix: 31.05.2013
Qeydiyyat nömrəsi: 667-IVQD
Adı: “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: “Respublika” qəzeti № 127
Qüvvəyə minmə tarixi: 13.06.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 100.070.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 12201305310667
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 13.06.2013


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 404; 2002, № 12, maddə 706; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2006, № 2, maddə 64, № 12, maddə 1005; 2007, № 1, maddə 4; 2009, № 5, maddə 308; 2010, № 7, maddə 579; 2011, № 2, maddə 71; 2012, № 11, maddə 1038) 6-cı maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Azərbaycan Respublikasının keçmiş Prezidentinin rəsmi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti