AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRLİYİ KOLLEGIYASININ QƏRARI

Qəbul edildiyi tarix

15.02.2013

Qeydiyyat nömrəsi

Q-09

Adı

“Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

26.02.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

110.020.040

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201302150009

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

25.02.2013

 

 

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydaları”nın 9.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Uçot siyasəti şöbəsinə və Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

3. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir Şərifov


 

 

Azərbaycan Respublikası Maliyyə

Nazirliyinin Kollegiyasının Q-09 nömrəli

15 fevral 2013-cü il tarixli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

“Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə

inzibati reqlament”

 

 

1. Ümumi müddəalar

 

1.1.       Elektron xidmətin adı: Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2.       Elektron xidmətin məzmunu: Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət qaydalarını müəyyən edir.

1.3.       Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 28-ci hissəsi;

1.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 noyabr 2002-ci il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri"nin 21-ci hissə;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 5.3-cü bəndi;

1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi.

1.4.       Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi.

1.5.       Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.       Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7.       Elektron xidmətin icra müddəti: 15 gün.

1.8.       Elektron xidmətin göstərilməsinin nəticəsi: Xüsusi razılıq (lisenziya).

2.                      Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi:

2.1.    Elektron xidmətin növü: interaktiv.

2.2.    Elektron xidmət üzrə ödəniş: ödənişli.

2.2.1. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 28-ci hissəsinə əsasən ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə görə xüsusi razılıq (lisenziya) alınması üçün dövlət rüsumu 2200 manat müəyyən edilmişdir.

 

Dövlət rüsumunun ödənilməsi üçün bank rekvizitləri:

Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi.

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.: BİK:CTREAZ22

 

Alan müştəri

Adı: Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti[2]

Hesab ¹: AZ17CTRE00000000000002117131

Büdcə səviyyəsinin kodu: 1

Büdcə təsnifatının kodu: 142215

VÖEN: 1403006271

Təyinatı: Lisenziya almaq üçün dövlət rüsumunun ödənişi

 

Ödəmə üsulu: Ödənişlərin aparılması nağd və ya köçürmə üsulu ilə həyata keçirilir və ödənişi təsdiq edən sənədin surəti skan edilərək göndərilir.

2.2.2. Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

2.3.    Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4.    Elektron xidmətin təqdim olunma yeri: Bu sahədə elektron xidmət aşağıdakı internet ünvanı vasitəsilə təqdim edilir: http://www.maliyye.gov.az  

2.5.    Elektron xidmət barədə məlumatlandırma: http://www.maliyye.gov.az; email: office@maliyye.gov.az;  tel: 012-404-46-99 (214; 282; 239).

2.6.    Elektron xidmətin göstərilməsi üçün tələb olunan ərizəyə əlavə olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2.6.2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq  sənədin surəti;

2.6.3. ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.6.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir);

2.6.5. ərizəçinin ciddi hesabat blanklarını çap etmək üçün bütün tələblərə cavab verən müvafiq texnikaya malik olması haqqında məlumat;

2.6.6. ərizəçinin ciddi hesabat blanklarının hazırlanmasında istifadə etdiyi avadanlıqları, onların istismarı ilə bağlı, habelə hazırlanmış ciddi hesabat blanklarının saxlanılmasına dair bütün texniki tələblərə cavab verən istehsal sahəsinə və anbara malik olması haqqında məlumat;

2.6.7. ciddi hesabat blanklarının hazırlanmasını təşkil edən rəhbərliyin (baş mühasib istisna olmaqla) poliqrafiya sahəsində təcrübəsinin olmasını təsdiq edən sənədin (sənədlərin) surəti.

Ərizə forması Nazirliyin rəsmi internet ünvanında (http://www.maliyye.gov.az) doldurulur, tələb olunan sənədlərin skan edilmiş surətləri elektron formada əlavə edilərək göndərilir.

3.    Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:

3.1. Elektron xidmətlər üçün sorğu;

3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://www.maliyye.gov.az) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir.

3.1.2. sorğunun qəbulu: sorğu elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə nazirliyin informasiya sistemində qeydiyyata düşür və sənədin qəbul edildiyi barədə ərizəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. xüsusi razılıq (lisenziya) almaq üçün müraciət etmiş fiziki və ya hüquqi şəxslərin təqdim etdiyi sənədlər bu Reqlamentin 2.6-cı bəndinin tələblərinə uyğun olmadıqda sorğunun yerinə yetirilməsindən imtina olunur. Xüsusi razılıq (lisenziya) verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. imtina üçün əsaslar olmadıqda xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə icra edilməsi üçün göndərilir;

3.3.2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində Nazirliyin aidiyyəti struktur bölməsi ilə birlikdə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda ərizəçiyə xüsusi razılığın (lisenziyanın) verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Ərizəçi bildirişi aldıqdan sonra lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilir və xüsusi razılıq (lisenziya) blankı rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçilər xüsusi razılığın (lisenziyanın) verilməsinə dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 


 

“Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə Əlavə ¹ 1

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinə

____________________________________

(hüquqi şəxsin adı)

____________________________________

 (hüquqi şəxsin ünvanı)

 

_______________________________________________________________

 (fəaliyyət növü)

 

________________________________tərəfindən

 

 

Ə R İ Z Ə

 

Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanına uyğun olaraq _________________________________________________________

                                                (hüquqi şəxsin adı və fəaliyyət göstərdiyi ünvan)

ünvanda ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) verilməsini Sizdən xahiş edirik.

Xüsusi razılıq (lisenziya) almaq üçün müvafiq qanunvericiliklə tələb olunan sənədlər ərizəyə əlavə edilir.

Xüsusi razılığın (lisenziyanın) verilməsindən imtina edilmədiyi halda qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsinə zəmanət veririk.

 

Hesablaşma hesabının nömrəsi:

Bankın adı:

 

Qoşma: ________

 

    Hüquqi şəxsin rəhbəri                     ________________________________

                                                                                                                              (hüquqi şəxsin rəhbərinin soyadı, adı və atasının adı)  

 

_____________________________________

                          (möhür, imza)

 

_____________________

                            (tarix)

Əlaqə vasitələri:

Telefon:

Faks:

Elektron poçt ünvanı:

 

 


 

“Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə Əlavə ¹ 2

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinə

_____________________________________

(fiziki şəxsin ünvanı)

_______________________________yaşayan

 

vət.____________________________________________________________

(fiziki şəxsin soyadı, adı və atasının adı)

 

_________________________________________________________________

 

_________________________________________________________________

(şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi)

__________________________________________________________________________

(şəxsiyyət vəsiqəsinin verilmə tarixi, vaxtı)

__________________________________________________________________________

(şəxsiyyət vəsiqəsini verən orqan)

_________________________________tərəfindən

 

Ə R İ Z Ə

Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanına uyğun olaraq mənə ______________________________________________________

                                           (fəaliyyət göstərdiyi ünvan)

ünvanda ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) verilməsini Sizdən xahiş edirəm.

Xüsusi razılıq (lisenziya) almaq üçün müvafiq qanunvericiliklə tələb olunan sənədlər ərizəyə əlavə edilir.

Xüsusi razılığın (lisenziyanın) verilməsindən imtina edilmədiyi halda qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsinə zəmanət verirəm.

 

Qoşma: ________

 

    Fiziki şəxsin                                            ________________________________

                                                                                                                                                  (fiziki şəxsin soyadı, adı və atasının adı)

 

___________________________________

                        (imza)

____________________

                      (tarix)

Əlaqə vasitələri:

Telefon:

Faks:

Elektron poçt ünvanı:

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 oktyabr 2015-ci il tarixli Q-20 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510120020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 oktyabr 2015-ci il)

2.       16 dekabr 2016-cı il tarixli Q-24 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612160024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2016-cı il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 dekabr 2016-cı il tarixli Q-24 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612160024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2016-cı il) ilə ləğv edilmişdir.

 

[2] 12 oktyabr 2015-ci il tarixli Q-20 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510120020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 oktyabr 2015-ci il) ilə “Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2-ci bəndində “Bakı Şəhər Vergilər Departamenti” sözləri “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri ilə, “1400305751” rəqəmləri “1403006271” rəqəmləri ilə əvəz edilmişdir.