AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

30.11.2012

Qeydiyyat nömrəsi

Q64-001-12

Adı

Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlamentin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

12.12.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

420.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201211300064

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

11.12.2012

 

 

Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə, [1]

 

KOLLEGİYA QƏRARA ALIR:

 

1. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament təsdiq edilsin (əlavə olunur). [2]

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

 

Kollegiyanın Sədri

 

general-polkovnik

Ramil Usubov

 

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q64-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament[3]

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı:

Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi.

 

1.2. Elektron xidmətin məzmunu:

Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi.

 

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 iyun tarixli 455 nömrəli Fərmanının 3-cü hissəsi.

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi. [4]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.8-ci bəndi[5]

 

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Daxili İşlər Nazirliyi.

 

1.5. Elektron xidmətin digər icraçıları:

Yoxdur.

 

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Tam.

 

1.7. Elektron xidmətin icra müddəti:

Xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.

 

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

İstifadəçi yol hərəkəti qaydalarının və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozuntusu ilə bağlı görülən tədbirlər barədə məlumatlar əldə edir, cəriməni ödəyir.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü:

İnteraktiv[6]

 

2.2. Elektron xidmət üzrə ödəniş:

ödənişsizdir.

 

2.3. Elektron xidmətin istifadəçiləri:

Fiziki şəxslər.

 

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://mia.gov.az/?/az/driverlicense/

 

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://mia.gov.az/?/az/driverlicense/

- e-poçt: info@mia.gov.az, info@dyp.gov.az

- telefon: +994 12 590-81-25, +994 12 590-81-35

 

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet informasiya ehtiyatının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölməsinə sürücülük vəsiqəsinin seriya və nömrəsinin, etibarlılıq müddətinin və şəxsin doğulduğu tarixin daxil edilməsi tələb olunur.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət daim açıqdırmüraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

 

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

İstifadəçi tərəfindən sürücülük vəsiqəsinin rekvizitləri və şəxsin doğulduğu tarix qeyd edilən internet səhifəsinə düzgün daxil edilmədikdə, sorğu qəbul olunmur və bu barədə həmin səhifədə məlumat əks olunur.

İstifadəçi tərəfindən sürücülük vəsiqəsinin rekvizitləri və şəxsin doğulduğu tarix düzgün daxil edildikdə, həmin səhifədə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat, habelə ödənilməyən cərimələrin plastik kart vasitəsi ilə (sürücülük vəsiqəsinin və ya inzibati xəta haqqında protokolun nömrəsini daxil etməklə) online ödəmə imkanı əks olunur.

 

3.2-1. Sorğunun icrası:[7]

3.2-1.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət tam avtomatlaşdırıldığı üçün onun icrası ilə bağlı inzibati əməliyyatlar mövcud deyil

 

3.3. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi həyata keçirir.

 

3.3.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

 

3.3.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

 

3.4. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə DİN BDYPİ məsuliyyət daşıyır.

 

3.4.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.[8]

 

3.4.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

 

3.4.3. Şikayətin baxılma müddəti: Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 30 gün müddətində baxılır.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 aprel 2014-cü il tarixli Q8-001-14 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201404300008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 may 2014-cü il)

2.       12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)

3.       10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)

4.       24 yanvar 2018-ci il tarixli Q2-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801240002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 fevral 2018-ci il)

  1. 21 avqust 2018-ci il tarixli Q41-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201808210041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il) ilə Kollegiya qərarının preambulasına “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[2] 24 yanvar 2018-ci il tarixli Q2-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801240002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 fevral 2018-ci il) ilə Kollegiya qərarının adında və 1-ci hissəsində “qaydaları” sözündən sonra “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları” sözləri əlavə edilmişdir.

 

[3] 24 yanvar 2018-ci il tarixli Q2-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801240002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 fevral 2018-ci il) ilə “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament”in adında, 1.1, 1.2 və 1.8-ci bəndlərinin ikinci abzaslarında, habelə 3.2-ci bəndinin üçüncü abzasında ismin müvafiq hallarında “qaydaları” sözündən sonra ismin müvafiq hallarında “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları” sözləri əlavə edilmişdir.

 

[4] 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il) ilə “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament”in 1.3-cü bəndinə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[5] 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il) ilə “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament”in 1.3-cü bəndinin dördüncü abzasına “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[6] 30 aprel 2014-cü il tarixli Q8-001-14 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201404300008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 may 2014-cü il) ilə 2.1-ci bənddə “İnformativ” sözü “İnteraktiv” sözü ilə əvəz edilmişdir.

 

[7] 30 aprel 2014-cü il tarixli Q8-001-14 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201404300008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 may 2014-cü il) ilə 3.2-1-ci bənd əlavə edilmişdir.

 

[8] 21 avqust 2018-ci il tarixli Q41-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201808210041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il) ilə “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament”in 3.4.1-ci yarımbəndindən “(və ya)” sözləri çıxarılmışdır.