AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: QANUN
Qəbul edildiyi tarix: 31.05.2010
Qeydiyyat nömrəsi: 1017-IIIQD
Adı: Milli arxiv fondu haqqında və Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu № 07 Dərc olunma tarixi 31-07-2010 Maddə nömrəsi 579, Azərbaycan Qəzeti № 151 Dərc olunma tarixi 16-07-2010
Qüvvəyə minmə tarixi:
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu:
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 12201005311017
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix:


"Milli arxiv fondu haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 404; 2002-ci il, № 12, maddə 706; 2004-cü il, № 2, maddə 57, № 4, maddə 199; 2006-cı il, № 2, maddə 64, № 12, maddə 1005; 2007-ci il, № 1, maddə 4; 2009-cu il, № 5, maddə 308) 8-ci maddəsinin üçüncü hissəsində "sərhəd xidməti," sözlərindən sonra "miqrasiya xidməti," sözləri əlavə edilsin.

II. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 208, № 12, maddə 1019; 2007-ci il, № 12, maddə 1194; 2008-ci il, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009-cu il, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 9.7-1-ci, 20.1.18-ci, 20.1.19-cu, 20.26-cı və 20.27-ci maddələr əlavə edilsin:

"9.7-1. Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan miqrasiya işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır;

20.1.18. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil olmuş miqrasiya orqanlarının işçiləri;

20.1.19. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan miqrasiya orqanının işçisi, yaxud miqrasiya orqanının işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri.

20.26. Bu Qanunun 20.1.18-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr miqrasiya orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:

20.26.1. miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş miqrasiya işçilərinə — orta aylıq əməkhaqqının 45 faizi miqdarında;

20.26.2. miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş miqrasiya işçilərinə — orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla;

20.26.3. miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı qulluq etmiş miqrasiya işçilərinə — orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.

20.27. Bu Qanunun 20.1.19-cu maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş miqrasiya işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.".

2. 26.4-cü, 26.5-ci, 29.3-cü maddələrdə və 37.3.4-cü maddənin birinci cümləsində "20.1.17-ci" sözləri "20.1.19-cu" sözləri ilə əvəz edilsin.

3. 37.3.4-cü maddənin ikinci cümləsində "və 20.1.14-cü" sözləri ", 20.1.14-cü və 20.1.18-ci" sözləri ilə əvəz edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2010-cu il

         № 1017-IIIQD